Husilər Səudiyyə Ərəbistanında aeroportu vurduqlarını bəyan elədilər

45

Hurriyyet.org xəbər verir ki, Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən Husilər Səudiyyə Ərəbistanının cənubundakı Abha Hava limanını vurduqlarını bildiriblər. Husilər son 24 saatda üçüncü dəfə Silahlı Pilotsuz Uçuş Aparatları vasitəsi ilə Abha hava limanına hücum elədiklərini açıqlayıblar.

Husilərin mətbuat katibi Yəhya Seri səhər saatlarında Kasıf-2 tipli dronla edilən hücum nəticəsində Abha aeroportunda mühüm bir hədəfin vurulduğunu, hücumlar və blokada davam elədiyi müddətdə bu cür hücumların dayandırılmayacğını bildirib.

Yəmən hökuməti və koalisiya qüvvələri hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.