Hüseyn Pirmüəzzin: “İranın iqtisadi fəallarının Azərbaycanda fəaliyyət göstərməsi üçün yaxşı imkan yaradılıb”

    36

    İranın Azərbaycan Respublikası ilə iqtisadi əlaqələrinin inkişaf yolu daha da genişlənməkdədir.

    APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran və Azərbaycan müştərək ticarət palatasının həmsədri Hüseyn Pirmüəzzin deyib.

    O bildirib ki, hazırda ölkədə iqtisadi problemlərin olması və sanksiyalara baxmayaraq, İranın iqtisadi fəallarının Azərbaycanda fəaliyyət göstərməsi üçün yaxşı imkan yaradılıb.

    Hər iki ölkənin rəsmilərinin bir-birilə yaxşı münasibətlərinin olması, iki ölkənin iqtisadi əlaqələrinin inkişafı üçün zəmin yaradıb: "Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirir və xarici investisiyalar cəlb edir. İki ölkənin tarixi münasibətlərini nəzərə alaraq İranlı tacir və iqtisadi fəallar, xüsusilə Ərdəbil əyalətinin tacirləri Azərbaycanda müştərək sərmayələr yatırır".

    O, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb və əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb.