“HÜSEYN ABDULLAYEV DƏRHAL AZAD OLUNMALIDIR” – Vəkili BMT-nin əsassız həbslərlə bağlı İşçi Qrupunun rəyini açıqladı

498

Keçmiş deputat, “Quska” ləqəbi ilə tanınan və hazırda həbsdə olan Hüseyn Abdullayevin vəkili Cavad Cavadov mətbuat üçün açıqlama yayıb. Vəkil bildirir ki, cəbhədə atəşkəs elan olunduğundan artıq bu haqda yazmaq qərarına gəlib. “Bundan əvvəl yazmağı  özüm üçün düzgün hesab etmirdim”, – deyən C.Cavadovun açıqlamsını olduğu kimi dərc edirik:
“Azərbaycan Respblikası BMT-nin Təhlükəsizlik Şurasının ərazilərimizin işğalı ilə bağlı xeyrimizə verilmiş qətnamələrinin icrasını tələb edirsə, gərək özü də BMT-nin Azərbaycanda insan hüquq və azadlıqlarnın pozullmasına münasibətdə verilmiş qərarlarına hörmətlə yanaşa, onları icra edə.

Hüseyn Abdullayevin vəkili olaraq hazırki məlumatı bölüşürəm:

Birləşmiş Millətlər Təşkilatının əsassız həbslərlə bağlı İşçi Qrupunun rəyi 24-28 avqust 2020-ci il tarixdə keçirdiyi 88 saylı sessiyasında təsdiq edilmişdir və onun Türkiyədə tutulmasının, Azərbaycana gətirilməsinin və həbs olunmasını, məhkum edilməsinin qanunsuz hesab edərək dərhal həbsdən azad edilməli olmasına dair qərar qəbul etmişdir( 48/2020 saylı qərar (Azərbaycan və Türkiyə).

Hökümət bu qərara hörmətlə yanaşmalı və onu 14 oktyabrda Ali Məhkəmədə keçiricələk məhkəmə baxşı vasitəsi ilə azad etmək imkanından istifadə etməlidir.

Qərarın əsas məqamları:

113-cü bənd: Azərbaycan və Türkiyə hökümətlərinin Hüseyn Abdullayevin vəziyyətinin təxirə salınmadan düzəldilməsi və Ümumdünya İnsan Haqları Bəyannaməsində  və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda göstərilənlər də daxil  olmaqla müvafiq beynəlxalq normalara uyğunlaşdırılması üçün lazımi addımları atmağı tələb edir;

114-cü bənd: İşçi qrupu işin bütün hallarını nəzərə alaraq hesab edir ki, vəziyyətin müvafiq formada düzəldilməsi üçün: (a) Azərbaycan hökümətinin cənab Hüseyn Abdullayevin dərhal azad etməsi və (b) Türkiyə və Azərbaycan hökümətlərinin cənab Hüseyn Abdullayevə məcburi kompensasiya və digər təzminat alma hüqununun verilməsi olardı.

Hal-hazırki qlobal koronavirus (COVİD-19) pandemiyası və təcridxanalarda təhlükə kontenkstində, işçi qrupu Azərbaycan hökümətini cənab Abdullayevin dərhal azad olunmasının təmin olunması üçün təcili ölçü götürməyə çağırır;

115-cü bənd: İşçi Qrupu, hər iki hökuməti, Hüseyn Abdullayevin əsassız azadlıqdan məhrum edilməsi ilə əlaqəli halların tam və müstəqil araşdırılmasını təmin etməyə və onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı müvafiq tədbirlər görməyə çağırır.

  1. İşçi Qrup hər iki Hökumətdən bu rəyi mövcud olan bütün vasitələrlə və mümkün qədər geniş yaymağı xahiş edir”.

Hurriyyet.org

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.