Hurriyyet.Tv-yə şikayət edən Lənkəran sakini həbs təhlükəsiylə üz-üzə qaldı-KƏND BƏLƏDİYYƏSİ VƏ İCRA NÜMAYƏNSƏNİN QANUNSUZ ƏMƏLLƏRİNDƏN DANIŞMIŞDI

132

 

Bir müddət öncə Hurriyyet.Tv-də Lənkəranın Vilvan kənd sakini Nəzakət Mirzəzadənin şikayəti əsasında kənd bələdiyyə sədri Hafizə Quliyeva və kənd icra nümayəndəsi Ağayar Yusubovun qanunsuz əməlləriylə bağlı video material yayımlanıb. Şikayətçi ona məxsus olan pul kartlarının əlindən alındığını bildirmişdi.

Nəzakət Mirzəzadənin oğlu redaksiyamıza müraciət edərək anasının həbs olunduğunu və hazırda məhkəməyə aparıldığını bildirib. Belə ki, Nəzakət Mirzəzadə, kənd sovetində xadimə işləyən İslam adlı şəxslə bilərəkdən mübahisələndirilib.  Daha sonra, kənd bələdiyyə sədri Hafizə Quliyeva və kənd icra nümayəndəsi Ağayar Yusubovun göstərişi ilə xadimə işləyən İslam adlı şəxs Lənkəran polis bölməsinə şikayət edib. Nəzakət Mirzəzadə izahat adıyla polis bölməsinə aparılıb. Daha sonra, məhkəməyə aparılaraq, haqqında həbs qəti imkan tədbirinin olacağı gözlənilir.

Oğlu redaksiyamızla əlaqə saxlayaraq, anasının haqsız yerə həbs olunduğunu və bununla bağlı ölkə başçısından və Daxili İşlər Nazirliyindən kömək istəyir.

Xatırladaq ki, Hurriyyet.Tv-də Vilvan kənd sakini Nəzakət Mirzəzadənin şikayəti əsasında kənd bələdiyyə sədri Hafizə Quliyeva və kənd icra nümayəndəsi Ağayar Yusubovun qanunsuz əməlləriylə bağlı video material yayımlanlıb.