“Verilişə çağıranda deyirlər, bir-birinizi qırın“

    3

    “Hurriyyet“məlumatına görə, bu sözləri “10-dan sonra” verilişində qonaq olan müğənni Nadir Qafarzadə deyib: “Sənət yaranan gündən müğənnilər arasında qalmaqallar, düşmənçiliklər var. Bu düşmənçiliklər sovet vaxtı da var idi, indi də var. Amma əvvəllər hər şey qapalı olurdu. Bu gün isə hər şey aşkardadır. Əvvəllər iki küsülü müğənnini bir verilişə çağıranda deyirdilər, elə edin ki, efirdə bu, büruzə verməsin. Yəni küsülü olmağınızın tamaşaçılara aiddiyətı yoxdur. Efirdən sonra bir-birinizi qırarsınız, bu, öz işinizdi. Amma indi verilişə çağıranda deyirlər ki, efirdə bir-birinizi qırın. Reytinq olsun. Açığı əvvəllər belə verilişlər daha çox idi, indi yoxdur”.