“Hürriyyət”in qaldırdığı məsələ həllini tapdı… – Müəllimlərin məzuniyyətlərini bilə-bilə az hesablayanlar qorxuya düşüb!

216

 

Bu  ilin  iyul  ayının  əvvəllərində  Bakı  şəhər  ümumtəhsil  məktəblərində  müqavilə  ilə Işləyən  müəllimlərin  bir  neçəsi  məzuniyyətlərinin  az  hesablanması  ilə  bağlı  redaksiyamıza  müraciət  etmişdi. Müraciətlərində  göstərmişdilər  ki, onların  2019-2020-ci  tədris  ili  üçün aldıqları  məzuniyyət  pulları  düzgün  hesablanmayıb,  yəni  az  hesablanıb.  Onlara 56 gün məzuniyyət  verilsə  də,  pulları  yalnız  doqquz  aya  uyğun  ödənilib.  Buna  görə  də  onların hər  birinin  məzuniyyət  pulu 400-500 (dörd  yüz- beş  yüz)manat civarında  az  ödənilib. Müəllimlərin dediyinə  görə,  bununla  bağlı  işlədikləri rayonda  yerləşən  təhsil  idarəsinə  aid mühasibatlığa  müraciət etsələr  də, onlar  qanunu  pozmadıqlarını  müdafiə  etməkdə  israrlı  olmuşlar.

Biz  qəzetimizdə  bu  məsələni  işıqlandırdıqdan  sonra, deyəsən,  muhasibatlıqlarda  işləyənlər tutduqları  bu  haqsız  işin  səs-küyə  səbəb  olduğundan  qorxuya  düşüb, müəllimlərin  məzuniyyətlərindən bilə-bilə  kəsib  saxladıqları  pulların müəyyən hissəsini  avqust  ayının  beşindən  sonra  onların hesablarına  köçürmüşlər.

Ola  bilsin  ki,  təhsil  idarələrinə  aid  olan  mühasibatlıqlarda  bu işləri  yerinə  yetirənlər ölkədə  yenə  də  hökm  sürən  müharibə  və  pandemiya  şəraitindən  yararlanmaq  fikrinə  düşmüşlər. Və  sonradan işlərinin  səs-küyə  səbəb olduğundan  əndişələnib  istəklərindən  vaz  keçmişlər.

Qanuna  əsasən,  orta  ümumtəhsil  məktəbləridə  calışan  və 65  yaşı  tamam  olan  müəllimlərin  yalnız  iki  faizi öz  yerində  qalıb işini  illik  müqavilələrlə  davam  etdirə  bilər.

Təkcə  Bakı  şəhərində  317 orta  məktəbin  fəaliyyət gostərdiyini  və  həmin  məktəblərin  hər  birində iki  müəllimin  işləmək  hüququnun  olduğunu  nəzərə  alsaq, onda  təkcə  Bakı  şəhərindəki  orta  məktəblərdə  ildə  634 (altı  yüz  otuz  dörd) (bəlkə  də  çox)  müəllim  müqavilə  ilə  işləmək  hüququ  qazanır. Hər  bir  müəllimin  məzuniyyətindən “çırpışdırılan”təqribən,  400-500( dörd-beş yüz) manatı   müəllimlərin  sayına  vurduqda  isə  bu  böyük bir  məbləğ- 300000-325000 (  üç  yüz- üç  yüz  iyirmi  beş  min)  manat  məbləğə  dayanır.

Əgər  hər bir  müqavilə  ilə  işləyən müəllimin  məzuniyyətindən      saxlanılan,  təqribən,400-500  manat  pul  ona  çatacaqdıca, niyəəvvəlcədən  onların  məzuniyyətinin  üzərinəhesablanmayıb?!  Yox, əgər  çatmayacaqdısa, onda  niyə və  nə  səbəbə, təqribən  bir  ay  sonra onlarınhər  birinin  hesabına  400-500  manat  pul  köçürülür?!

Deməli, bu qanunsuz  “lahiyəni”  həyata  keçirənlərqəzetimizdə müəllimlərin bu  məsələ  ilə Bağlı öz  əksini  tapan  narazılıqları  oxuyub  təşvişə  düşmüş  və qanunsuz işlərinin  üstünün  açıldığını  duyub,  onların  haqqından gizlədilmiş  məbləği bir  aydan  sonra  yenidən  öz hesablarına  köçürmüşlər.

Biz  bu  qənaətdəyik  ki,  yeni  təhsil  naziri  bu məsələ  ilə  ciddi  maraqlanacaq, cavabdehlərin cəzalandırılması  üçün  hüquq-mühafizə  orqanlarına  müraciət  etməkdən  belə çəkinməyəcəkdir.

İ.SABİRQIZI