HÜRRİYYƏT QƏZETİNİN REDAKSİYASINA – Eldar İsmayılovun böhtanlarına CAVAB

162

Hörmətli Redaksiya, 19 sentyabr tarixdə Sizin saytınızda Eldar İsmayılov adlı şəxsin müsahibəsi dərc edilmişdir. Həmin müsahibədə Azərbaycan Respublkası Müharibə, Əmək və Silahlı qüvvələr  Veteranları  Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov haqqında həqiqəti əks etdirməyən qərəzli fikirlər söylənilmişdir. Bu da bizi hiddətləndirmişdir.

Nəzərinizə çatdırırıq ki, Nizamnaməyə əsasən Təşkilatın sədr müavini Plenumda seçilir və Əli Həsənovun bu məsələyə heç bir aidiyyəti yoxdur. Cünki, o, heç vaxt Plenumun üzvü olmayıb. Bundan başqa Nizamnamənin 6.3 bəndinə əsasən maliyyə məsələləri yalnız Təşkilatın sədrinin səlahiyyətindədir.

Bundan başqa müsahibədə qeyd edilib ki, guya Cəlil Xəlilov 30 min dollar rüşvət verərək həmin vəzifəyə gəlmişdir. Bu isə böhtandır və Eldar İsmayılov Cəlil Xəlilovu ağır cinayət törədilməsində ittiham edir və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə məsuliyyəti daşıyır. O, özü yəqin öyrəşib hamıya pul paylamağa və buna görə də fikirləşir ki, C. Xəlilov da onun tayıdır. Lakin, Cəlil Xəlilov Eldar İsmayılov kimi heç vaxt çirkin işlərlə məşğul olmayıb və Təşkilatın ən layiqli üzvlərindəndir. O, daimi Təşkilatın işçilərinə və üzvlərinə qayğı göstərir və imkan dərəcəsində hər bir insana kömək edir. Əgər, Eldar İsmayılovda Cəlil Xəlilov tərəfindən kiməsə rüşvət verilməsi barədə konkret faktı varsa qoy bu barədə prokurorluq orqanlarına müraciət etsin və göstərsin ki, Cəlil Xəlilov kimə, nə vaxt və harada rüşvət verib. Yaxşı olardı ki, Eldar İsmayılov izah etsin ki, döş nişanlarının hazırlanması üçün xərclədiyi 140 min manat məbləğində vəsaiti hansı mənbədən əldə edib.

Təəssüf edirik ki, Sizin qəzetiniz jurnalist araşdırması aparmadan yoxlanılmamış məlumatları dərc edib. Bu isə ictimaiyyətdə çaşqınlıq yaradır və 100 minə yaxın üzvü olan Təşkilatın nüfuzuna xələl gətirir.

 

Veteranlar Təşkilatın üzvü                                           Zakir Bayramov

 

Veteranlar Təşkilatın üzvü                                            Fəğan Nəsibli

19.09.2020-ci il