Hüquqşünas Emin Aslan 30 sutka həbs edildi – YENİLƏNİB

    3

    Hüquqşünas Emin Aslan həbs edilib.

    Hurriyyet.org-un xəbərinə görə, vəkil Elçin Sadıqov apa-ya bildirib ki, Emin Aslan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək Nərimanov rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

    ***

    "Hüquqşünas Emin Aslan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır".

    Hurriyyet.org xəbər verir ki, bunu apa-ya Emin Aslanın vəkili Elçin Sadıqov bildirib. E. Sadıqov qeyd edib ki, müdafiə etdiyi şəxslə görüşmək istəsə də, bu, mümkün olmayıb.

    Qeyd edək ki, Emin Aslan ötən gün axşam saatlarında saxlanılıb. Onun nədə ittiham olunduğu məlum deyil.