Hüquq-mühafizə orqanlarının əməkdaşları Gəncədə xüsusi əməliyyat keçirib

171

DSMF-nin Kəpəz rayon Şöbəsinin 5 nəfər əməkdaşı saxlanılıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhəri Kəpəz rayon Şöbəsində xüsusi əməliyyat keçirib. Bu barədə Hurriyyet.org-un əldə etdiyi məlumatda deyilir ki, əməliyyat zamanı DSMF-nin Kəpəz rayon Şöbəsinin 5 nəfər əməkdaşı saxlanılıb.

Saxlanılanlar arasında DSMF-nin Kəpəz rayon Şöbəsinin baş mühasibi Bayalı Xəlilov, onun müavini Elçin Yenisey və digərləri var. Hurriyyet.org-a verilən informasiyaya görə, saxlanılan şəxslər saxta sənədlərlə ünvanlı sosial yardım verməkdə və digər qanunazidd əməllərdə ittiham olunur. Qeyd olunur ki, DSMF-nin Kəpəz rayon Şöbəsinin əməliyyat nəticəsində saxlanılan əməkdaşları hazırda Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsindədirlər. Bu barədə yeni məlumat əldə etdikdə sizinlə bölüşəcəyik.

Hurriyyet.org-un Gəncə üzrə əməkdaşı Azər