Hulusi Akar Rusiyanın yalanını ifşa etdi: “YERİMİZİ BİLİRDİLƏR” – VİDEO

66

Hurriyyet.org xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar öz çıxışında Rusiya Müdafiə Nazirliyinin açıqlaması ilə bağlı belə deyib: “Bizim qüvvələrimizin yerləşdiyi yerlər əvvəlcədən Rusiya federasiyasının meydandakı səlahiyyətli nümayəndələri ilə koordinasiya edilməsinə rəğmən, bu hücum baş vermişdir. İlk hücumundan sonra xəbərdarlıq etməyimizə baxmayaraq, onlar hava zərbəsinə davam etdilər. Hətta rejim gücləri və onları dəstəkləyənlər təcili yardım maşınlarına belə atəş açıblar. Bu hücumlar zamanı bizim qüvvələrimizin ətrafında heç bir silahlı qrupun olmadığını da bildirmək istəyirəm”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu hücuma hava dəstəyi vermədiyini, eyni zamanda sözügedən ərazidə türk əsgərlərinin olması ilə bağlı Türkiyənin onlara heç bir məlumat vermədiyini açıqlayıb. Həmçinin, Rusiya tərəfi iddia edir ki, türk əsgərlərinin vurulduğu bölgədə silahlı müxalifət olub. Hulusi Akar isə türk qüvvələrinin ətrafında heç bir silahlı qrupun olmadığını bəyan edib.

Hurriyyet.org