Hulusi Akardan Kəlbəcərlə bağlı AÇIQLAMA

273

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını tərk edərkən evlərə və meşələrə od vurmasını pisləyib.

Bu barədə türkiyəli nazir Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbərliyi ilə videokonfrans formatında keçirdiyi iclasda bildirib.

Qeyd edək ki, Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra buraya yerləşdirilmiş ermənilər rayonu tərk edirlər. Kəlbəcəri tərk edən ermənilər yaşadıqları evlərin qapı və pəncərələrini söküb özləri ilə aparır, yaşadıqları evlərə, habelə meşələrə od vurub yandırırlar. \\KONKRET