Hulusi Akar Sergey Şoyqu ilə telefonla danışdı: “Azərbaycan əlavə 30 il də gözləyə bilməz”

60

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar arasında telefon söhbəti olub. Nazirlər Qarabağdakı müharibəni, İdlib və Liviyadakı vəziyyəti müzakirə ediblər.

H.Akar Azərbaycanın problemin həlli üçün daha 30 il gözləməyəcəyini, bu haqlı mübarizədə Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirib, həmçinin dövlətinin İdlib xalqının və Liviyanın qanuni hökumətinin tərəfində olduğunu söyləyib.