Hulusi Akar: “Makron problemlərin üzərinə benzin tökür”

99

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Şərqi Aralıq dənizindəki hadisələr, Fransanın hadisələrə müdaxiləsi barəsindəki çıxışında Fransa Prezidenti Emmanuel Makronun problemin həllindən uzaq olduğunu söyləyərək deyib: “Makron buradakı problemlərin üzərinə benzin tökür. Bu da məsələnin həllini uzatdıqca-uzadır”.

Hulusi Akar Şərqi Aralıq dənizindəki hadisələrlə bağlı Avropa İttifaqının qayda qoymaq, qaydaları dəyişdirmək, sərhədləri müəyyənləşdirmək kimi səlahiyyətlətinin olmadığını bildirib.