Hulusi Akar: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”

66

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Ermənistan terror təşkilatları ilə əməkdaşlığa son qoymalı, muzdlu əsgərləri və terrorçuları regiondan çıxarmalıdır”, – deyə türkiyəli nazir vurğulayıb.

H. Akar qeyd edib ki, günahsız mülki əhalini açıq şəkildə hədəf seçən Ermənistan hakimiyyəti bəşəriyyət qarşısında cavab verəcək.