Hulusi Akar: “Ermənistan həm tarix, həm də beynəlxalq hüquq qarşısında cavab verəcək”

51

“Ermənistanın atəşkəsi pozması yeni bir şey deyil. Ermənistan hər zaman insanlıq və müharibə cinayətinə yol verir”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Gəncəyə son hücumu ilə bağlı deyib.

Onun sözlərinə görə, Ermənistanın bu təcavüzkarlığı artıq adət halını alıb və onlara verilən dəstək onları hədsiz dərəcədə ərköyünləşdirib: “Ermənistan rəhbərliyi bu məsələdə çox özbaşınalığa yol verir. Onlar nə beynəlxalq hüquqa, nə də insani dəyərlərə hörmət edirlər. Təəssüf ki, Gəncəyə və digər bir çox yaşayış məntəqəsinə amansızcasına hücum etdilər və hücumlarına davam edirlər. Bu, həm də atəşkəsin pozulması deməkdir. Bir gün onlar həm tarix, həm də beynəlxalq hüquq qarşısında cavab verəcəklər”, – deyə H.Akar vurğulayıb.            //Baku