Hulusi Akar: Azərbaycan türkü doğma qardaşımızdır, təbii ki biz tərəfik

171

 

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Ermənistanın Azərbaycan torpaqlarına təxribatı ilə bağlı suala “Azərbaycan türkləri doğma qardaşlarımızdır. Buna görə biz iki dövlət bir millətik. Təbii ki, biz burada tərəfik. Durduğu yerdə belə bir təcavüzkar mövqeyi həqiqətən qınayırıq. Bu hücumların müdafiə olunacaq heç bir tərəfi olmadığını da hər kəsin görməsini istəyirik. Görülən işin müdafiə ediləsi tərəfi yoxdur. Hər kəs bilməlidir ki, burada müxtəlif təlimlərlə qardaşlarımızla birlikdəyik”, – deyə bildirib.

Ermənistanı məntiq və ağılla iş görməməkdə günahlandıran Akar, “Ermənistan məntiqlə və ağılla düşünərək iş görmür. Arxasındakı güclərdən güc alaraq başından böyük işlərə girişir”, – dedi.

Tarixə nəzər saldıqda 1915-ci il hadisələri ilə bağlı irəli sürülən iddiaların nə qədər səhv olduğunun Amerika arxivlərində kəşfiyyat məmurlarının hesabatlarında da qeyd edildiyini vurğulayan Akar “Bizimlə əlaqəsi olmayan bir ingilis, amerikalı yazır bunu. Getdik hər yeri gəzdik deyir. Məlum olub ki, türk kəndləri yandırılıb, erməni kəndləri isə olduğu kimi qalıb. Hesabatlar Amerika arxivindədir”, – deyib.