Hücumu Rusiya, yoxsa Suriya təyyarələri edib? – ZİDDİYƏTLİ İDDİALAR

6

Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, İdlibdə 36 nəfər türk əsgərinin şəhadəti ilə nəticələnmiş xain hücumdan sonra hücumu edən təyyarələrlə bağlı yeni bir iddia gündəmə gəlib.

“Milliyet” qəzeti yazır ki, yerli mənbələr xain hücumun qurudan rejimin artilleriyası və havadan Rusiyanın təyyarələri ilə həyata keçirildiyini iddia ediblər. Bəzi mənbələr təyyarənin kimə məxsus olduğunun bilinməməsi üçün rejim təyyarələrinin çaşdırma məqsədi ilə eyni saatlarda Hamadakı bazadan havaya qalxdığını və qısa müddət sonra endiyini iddia ediblər. Rusiyanın Müdafiə Nazirliyi isə hücumu rejim təyyarələrinin elədiyini, Rusiya qırıcılarının əməliyyatda iştirak eləmədiyini iddia edib.

Hurriyyet.org