“Hücumu İranın etdiyini sübut edəcəyik” – SƏUDİYYƏ ƏRƏBİSTANI

    24

    Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi İranın krallığın əsas neft obyektlərinə hücumda iştirak elədiyinə dair sübutlarını təqdim edəcəyini vəd edib.

    Qeyd edək ki, dünən ABŞ da İranın bu hücumlarla əlaqəsi olduğunu isbat edən dəlilləri təqdim edəcəyini bəyan eləmişdi.

    Bəlli olduğu kimi, 14 sentyabr tarixində Səudiyyə Ərəbistanının iki neft obyekti hücuma məruz qalmışdı. Hücumlar “Səudi Aramco” dövlət şirkətində həyata keçirilmişdi. İnsident nəticəsində ölkənin neft istehsalı iki dəfədən çox azalıb, neftin qiymətləri isə xeyli bahalaşıb.

    Səudiyyə Ərəbistanın neft istehsalının sentyabr ayının axırına qədər bərpa olunması gözlənilir.

    Sentyabrın 16-da Ərəb koalisiyası hücuma görə İranı ittiham etmiş, lakin Tehran bu ittihamların böhtan olduğunu bildirmişdi.

    Hücuma görə məsuliyyəti Yəmənin Husilər hərəkatının “Ənsar Allah” təşkilatının üzvləri öz üzərinə götürüblər və daha bir hücum etməyi vəd ediblər.

    Lakin ABŞ İranı ittiham eləməyə davam edir və qəti cavab addımları atmağa hazır olduğunu bildirib. Artıq Vaşinqton öz qüvvələrini hərbi hazır vəziyyətə gətirib.

    Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə istinad edən “Əşarq əl Əsvad” qəzeti ilkin araşdırma nəticəsində İran silahından istifadə edilməsinin ortaya çıxdığını yazıb.

    Hurriyyet.org