Hövsanda güzəştli mənzillərin satışına başlanılır

63

Yaxın vaxtlarda Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.

Hurriyyet.org xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzilləri sistem vasitəsilə seçə biləcəklər.
Mənzillərin satışı ilə bağlı elan verildikdən sonra hovsan.mida.gov.az səhifəsində “Mənzillər” bölməsi aktivləşdiriləcək.
İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.