“Hökumətin qərarına parlament yox, sosial şəbəkə müzakirələri təsir edir” – SAMİR ƏLİYEV

6

“Parlamentdəkilərin səsi zaldan kənara çıxmır”

“Azərbaycanda ən ciddi müzakirələr parlament adlanan məkanda yox, burada (sosial şəbəkələrdə) gedir. İnsanlar sosial şəbəkələrdə daha çox səmimi və obyektiv olurlar, nəinki orada (parlamentdə)”.  Hurriyyet.org xəbər ki, bu fikirlər iqtisadçı Samir Əliyevə məxsusdur.

“Siz burda öz parlamentinizi yaradın”

S. Əliyevin sözlərinə görə, hökumətin qərarına parlament yox, sosial şəbəkə müzakirələri təsir edir: “Əhalimiz buradakıların çıxışına qulaq asırlar, nəinki oradakıların. Ona görə də buradakıların səsi daha ucadan eşidilir, oradakıların səsi isə zaldan kənara çıxmır. Ona görə, parlamentə düşə bilməyənlər həvəsdən düşməsinlər. Siz burada öz parlamentinizi yaradın və xalqın dəstəyi alın, oradakıların buna ehtiyacı yoxdur”.

 Şamo EMİN, Hurriyyet.org