Hökumət əleyhinə aksiyalar davam edir – Gürcüstan

    3

    Tbilisidə “Məni öldürmə” şüarıyla hökumət əleyhinə aksiyalar davam edir.

    Nümayişçilər saat 18 radələrindən başlayaraq, yenidən parlament binasının qarşısına toplaşmağa başlayıb. Aksiyalara rəhbərlik edən şəxs qətlə yetirilmiş şagirdlərdən birinin atası Zaza Saralidzedir.

    Rəsmi dairələr Zazaya həyatının təhlükədə olması barədə xəbərdarlıq etsə də, o geri addım atmayacağını vurğulayıb. O bildirib ki, aksiyalar hökumət istefa verənə qədər davam edəcək.

    Qeyd edək ki, etirazların keçirilməsinə səbəb məhkəmənin ötən il qətlə yetirilmiş iki məktəblinin ölümündə şübhəli bilinən şəxsləri azadlığa buraxmasıdır. Nümayişlərdən sonra məktəblilərin qətlə yetirilməsiylə bağlı cinayət işi yenidən açılıb. \\metbuat.az

     

    HURRİYYET.ORG