“Hökumətin Beynəlxalq Banka görə Mərkəzi Bankdan götürdüyü daxili borc üçün il ərzində ödəniş olmayıb” – RÖVŞƏN AĞAYEV

99

“Yəqin böhran dövrlərində bu borcu ümumiyyətlə yaddan çıxacaq, ümid edək ki, həmişəlik yaddan çıxıb batan borca çevrilməz”

“Beynəlxalq Banka görə 2040-cı ilə qədər hökumətin “Aqrarkredit” xəttilə Mərkəzi Bankdan götürdüyü daxili borc üçün il ərzində ödəniş olmayıb – 9.482 mlrd. manat borc dəyişməz qalıb. Yəqin böhran dövrlərində bu borc ümumiyyətlə yaddan çıxacaq. Ümid edək ki, həmişəlik yaddan çıxıb batan borca çevrilməz. İl ərzində Mərkəzi Bankın aktivlərində qiymətli kağızlaırn payı 74%-dən 77,3%-ə yüksəlib – mütləq məbləğdə 16.338 mlrd. manatdan 17.489 mlrd. manata (1.151 mlrd. manat artım). Amma pul vəsaitlərinin ( məsələn, depozitlər, o cümlədən likvid formada digər aktivlər) payı 22.1%-dən 19%-ə enib (4.895 mlrd. manatdan 4.309 mlrd. manata)”. Hurriyyet.org xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

İqtisadçı ekspert bildirib ki, Mərkəzi Bankın aktivlərində qiymətli kağızlar 2 yerə bölünür: “Ədalətli dəyərlə, yəni gələcək dəyəri (diskontlaşdırma) nəzərə alınmaqla müəyyən edilən (hesabatda var, bunlar özü də 2 yerə ayrılır) və amortizasiya olunmuş dəyərlə, yəni dəyəri bazarda deyil, buraxılış qiyməti və qalıq dəyəri əsasında müəyyən edilən qiymətli kağızlar. 2019-cu ildə Mərkəzi Bankın qiymətli kağız portfelinin 9.509 mlrd. manatı (54.3%-i) amortizasiya olunmuş dəyərli qiymətli kağızlar olub. Bura “Aqrarkredit”in qiymətli kağızlarına yönəldilim 9.482 mırd. manat, Maliyyə Naziliyinin qiymətli kağızlarının alınması ilə bağlı 26.9 mln. manat dəyərində borc kağızları daxildir. Dəyəri bazarda müəyyən edilən borc kağızlarlna Mərkəzi Bank tərəfindən 7.890 mlrd. manat yatırılıb. Bundan 3.090 mlrd. manatı xarici agentliklərin notları, 1.624 mlrd. manatı xarici dövlətlərin xəzinə notları, 536 mln. manatı xarici dövlərilıərin yerli hakimiyyətlərinin notları, 363 mln. manatı korporativ istiqarazlar, 240 mln. manat xarici dövlətlərin istiqrazları, 607 mln. manat isə Azərbaycan İpoteka Fondunun istiqrazlarıdır.
İpotek kağızlarını da nəzərə alsaq Mərkəzi Bankın qiymətli kağız portfelinin 58%-i daxili, 42%-i isə xarici kağızlardır”.

Rövşən Ağayevin sözlərinə görə, dövriyyəyə buraxılan əlavə 2.1 mlrd. manat, həmçinin hökumət idarələri qaşışında öhdəliklərin 1.1 mlrd. manat artımı, rezident bankların depozitlərinin 300 mln. manat azalması, buraxılmış borc kağızlarının 300 mln. manata azalması nəticəsində Mərkəzi Bankın öhdəliklərində il ərzində təxminən, 2.4 mlrd. manat artım baş verub: “2018-ci illə müqayisədə çap olunmuş pul kütləsinin Mərkəzi Bankın öhdəliklərində xüsusi çəkisi 47%-dən 52%-ə yüksəlmişdi (ilin sonuna 10.4 mlrd. manat olub)”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org