Hindistanla Çin sərhədində toqquşma baş verib

69

Hurriyyet.org xəbər verir ki, Hindistanın Müdafiə Nazirliyi sərhəddə, Ladakx bölgəsində çinli hərbçilərlə toqquşma xəbərini yayıb. İnsidentin ötən həftəsonu baş verdiyi bildirilir, zərərçəkənlər barəsində məlumat verilmir.

Nazirlikdən bildiriblər ki, Hindistanın Çuşul-Moldo rayonundakı zastavada yaranmış vəziyyəti həll eləmək üçün briqada komandirləri səviyyəsində görüş keçirilir.

Açıqlamada deyilir: “Hindistan ordusu dialoq vasitəsi ilə sülhü və sabitliyi dəstəkləyir, lakin öz ərazi bütövlüyünü qorumaqda qətiyyətlidir”.

Pekin də öz növbəsində Çin sərhədçilərinin faktiki nəzarət xəttini keçmədiyini bəyan edib.