Hindistan Türkiyəyə qarşı sanksiya tətbiq edəcək – Müsəlmanları dəstəklədikləri üçün

21

Hurriyyet.org xəbər verir ki, “Röyters” informasiya agentliyi Hindistanın Kəşmirdə yaşayan müsəlmanlara qarşı təzyiqləri etirazla qarşıladıqları üçün Türkiyə ilə Malayziyaya qarşı sanksiyalar tətbiq eləmək niyyətində olduğu xəbərini yayıb. Əhalisinin əksəriyyəti müsəlman olan Malayziya və Türkiyə Hindistanın Kəşmir siyasətini daim tənqid edir.

Hindistan Türkiyədən bəzi məhsulları idxal eləməyi dayandıracağını bildirib.

Dünyanın ən böyük yemək yağı idxalatçısı olan Hindistan Malayziyadan palma yağı alışını dayandırıb. Hazırda Malayziyadan neft, alüminium külçəsi, mayeləşdirilmiş təbii qaz, kompyüter ehtiyat hissələri və s. almağı məhdudlaşdırmağı planlaşdırır.

Hökumət məmurları Hindistanın eyni zamanda Türkiyədən neft və polad məhsullarının idxalarını məhdudlaşdırmağı planlaşdırdıqlarını bildiriblər.

Hindistanı hökumətinin üzvlərinin açıqlamasında deyilir: “Hökumətimiz Malayziya və Türkiyənin bəyanatlarını xoş qarşılamadı və bu iki ölkə ilə olan ticarətini məhdudlaşdırmağı qərara aldı”.

Hindistanın Ticarət Nazirliyi “Röyters”in məsələ ilə bağlı suallarına cavab verməyib.

Malayziyanın baş naziri Mahathir Mohamad qısa müddət bundan əvvəlki çıxışında Hindistanın “Cammu və Kəşmiri zəbt elədiyini”, Türkiyə prezidenti R.T.Ərdoğan isə kəşmirlilərin “de-fakto mühasirədə” olduqlarını demişdi.

Hurriyyet.org