Hindistan Ermənistana 40 milyon dollarlıq radar tədarük edəcək

6

Hindistan Ermənistanla radarlarının tədarükü üçün 40 milyon dollar dəyərində müqavilə bağlayıb.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bu barədə Hindistan mediası hökumətdəki mənbələrə istinadən yazıb.

Müqavilə silahlarının 50 km məsafədə sürətli, avtomatik və dəqiq şəkildə aşkarlanmasını təmin edən dörd Swathi radarının verilməsini nəzərdə tutur.

Radar eyni vaxtda ayr-ayrı yerlərdə müxtəlif növ silahların öhdəsindən gələ bilər. Məlumata görə, Hindistan ordusunun Kəşmirdəki təmas xəttində bu sistemlərdən istifadə edilir.

O da vurğulanıb ki, Ermənistan Rusiya və Polşa sistemlərini də sınayıb, amma nəticədə Hindistan sistemini seçib.