Hindistan müdafiə sahəsinə çox böyük büdcə ayırdı

66

Hurriyyet.org xəbər verir ki, Çin ilə sərhəddə baş verən silahlı toqquşmadan sonra Hindistanın Müdafiə Nazirliyi Silahlı Qüvvələrin gücləndirilməsi məqsədi ilə 5,2 milyard dollar dəyərində 21 ədəd Miq-29 (Rusiyadan), 12 ədəd Sukhoi Su-30 MKI qırıcısı (Hindistanın yerli istehsalı), raket sistemləri və hərbi ləvazimat alınmasını qərara verib. Ölkədəki 59 ədəd Miq-29 hərbi təyyarəsinin modernləşdirilməsi planlaşdırılır.

“Anadolu Agentliyi”nin məlumatına görə, bütün bu sadalanan tədbirlərin 2,3 milyard dollara başa gələcəyi bildirilir.

Hindistan ordusu üçün proqram təminatlı ratsiyaların, 1000 km mənzilli raket sistemlərinin və “Pinaka” markalı raketaanların satın alınması və BMP tipli zirehli texnikanın modernləşdirilməsi ilə bağlı təkliflər də qəbul edilib.

Ümumi dəyəri 5,2 milyard dollar olan  hərbi xərclərin 4,1 milyard dolları yerli firmalardan alınacaq məhsullara sərf ediləcək.

2016-cı ildə Fransa ilə bağlanmış müqavilə əsasında alınan 36 ədəd “Rafale” tipli hərbi təyyarədən 6-nın bu ayın sonunda təslim alınması nəzərdə tutulur.

Hurriyyet.org