Hikmət Hacıyev:“Ermənistanın baş naziri yenidən yalan danışır”

30

Ermənistanın baş naziri Nikol Paşinyan öz tvitter hesabında Ermənistanın 08:00-dan etibarən atəşkəs rejiminə tam riayət edəcəyini bildirib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə Paşinyanın paylaşdığı yalan məlumata münasibət bildirib.

Musavat.com xəbər verir ki, Prezidentin köməkçisinin paylaşımında qeyd olunub:

“Ermənistanın baş naziri yenə yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər şəhərini və rayonun kəndlərini atəşə tutmağa başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən etibarən mövqelərimizə hücum edir”.

Musavat.com