Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb” FOTO

60

“Ermənistan tərəfindən yaşayış evinin həyətinə atılan “Smerç” raketi. Başqa heç bir şey Ermənistan tərəfinin mülki şəxsləri məqsədyönlü şəkildə atəşə tutmasının sübutu ola bilməz”.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter səhifəsində paylaşım edib.

“İndi Ermənistan tərəfindən yeni denalism dalğası başlayacaq”, – deyə, paylaşımda qeyd olunub.