Hikmət Hacıyev: “Ermənistan humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb”

84

“18 oktyabr – humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib”.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.

“Ermənistan ordusu tərəfindən 5 rayona 229 mərmi atılıb: Tərtərə 160, Ağdama 63, Goranboya 6 dəfə. 3 raket hücumu: Xızı rayonuna 1, Ağcabədidəki Poladlı kəndinə 2 dəfə. 1 dron hücumu”, – deyə paylaşımda qeyd olunub.