Hikmət Hacıyev: “Biz yardım etdiyimiz kimi, digər ölkələrdən də bizə yardımlar edilə bilər”

60

“Xaricdən gələn həkimlərin maliyyə ödəmələri Azərbaycanla həmin ölkələr arasında olan əməkdaşlığa əsasən, həyata keçirilən layihələrdir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu, həmçinin beynəlxalq müstəvidə qəbul edilmiş qarşılıqlı yardım prosesinin nəticəsidir: “Burada dövlətlərarası münasibətlər nəzərə alınmalıdır. Biz yardım etdiyimiz kimi, digər ölkələrdən də bizə yardımlar edilə bilər. Bu kimi hallar çox müsbət tendensiyadır”.