Şəhidin nəşi Zərdaba yola salınıb – YENİLƏNİB

    3

    Bu gün şəhid İbrahim Vəliyev kəlbəcərli vəkil Əziz Qənbərlinin qohumudur.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Modern.az-a danışan Əziz Qənbərli şəhidin ailəsi haqqında məlumat verib. O qeyd edib ki, əsgərimizin nəşin bu saatlarda Gəncənin 3 nömrəli xəsətəxanada ekspertiza olunduqdan sonra Zərdaba yola salınıb.

    Bir neçə saatdan sonra şəhid  İbrahim Vəliyev  Zərdabın girişində dəfn olunacaq.

    Qeyd edək ki, Dövlət Sərhəd Xidmətindən (DSX) məlumatına görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

    Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

    ***

    Bu gün şəhid İbrahim Vəliyev kəlbəcərli vəkil Əziz Qənbərlinin qohumudur.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Modern.az-a danışan Əziz Qənbərli şəhidin ailəsi haqqında məlumat verib. O qeyd edib ki, əsgərimizin nəşini Qazaxdan çıxarmaq hələlik mümkün olmayıb:

    “Hazırda döyüş bölgəsində yenə atışma səngimək bilmir. Şəhidimizin nəşi də döyüş bölgəsindədir. Ona görə, ailəsinə təhvil verilməyib. Yəqin ki, yaxın vaxtda dəfn haqqında məlumat veriləcək.

    Əsgərin ailəsi Kəlbəcər rayonundan məcburi köçkündürlər. Hazırda Zərdabda yaşayırlar. İbrahimin özündən kiçik bir qardaşı və bacısı var”.

    Vəkil onu da bildirib ki, şəhidin atası ağır xəstədir: “Atası müalicə üçün İrana getməli idi. Oğlunun şəhid xəbərini çatdırdılar, yoldan qayıtdı. Ailə təsərrüfatla məşğuldur, maddi durumları o qədər də ürəkaçan deyil.

    Üzücü xəbər olsa da, vətən uğrunda şəhidlik zirvəsinə yüksələnlər bizim qürurumuzdur”.