Heyvanlar üzərində koronavirus testi aparılıb? – AÇIQLAMA

60

“Heyvanlar üzərində koronavirusla bağlı testlər aparılmayıb. Virusun insanlar arasında yayılmasında heyvanların iştirakı ciddi öyrənilməyib”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində COVID-19-un heyvanlardan keçməsi xəbərləri yayılsa da, Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı ciddi araşdırması və üzv ölkərə tövsiyəsi yoxdur./azvision.az/