Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB – VI HİSSƏ

    3

    Mərhum Vahid Musayevin həyat yoldaşı bu işdə “Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham edir

    Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

    Çox hörmətli prezident!

    Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

    (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_v_hiss)

    Bakı Apellyasiya Məhkəməsi MK-nın iş №2 (103)-4222/2011 saylı, 17 avqust 2011-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılsın” kimi Qərara alınmışdır.

    İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli, iş №2 (004)-1037/08 saylı qətnaməsindən verilmiş Apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Hakim-sədr, möhtərəm M.N.Tağızadə, hakimlər, İ.K.Hüseynov və N.Y.Mustafayevdən ibarət tərkibdə) iş №2(103)-752/2012 saylı, 02 fevral 2012-ci il tarixli qətnaməsi ilə “Apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal rayon Məhkəməsinin hazırki iş üzrə 23 sentyabr 2008-ci il tarixli qətnaməsi qarşlıqlı iddia və üçüncü şəxsin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmməd Sadiq qızının Musayeva Natəvan Əhəd qızına qarşı cavabdehə verilməsi nəzrədə tutulan 3 otaqdan ibarət ümumi sahəsi 132,5 kv.metr olan mənzilin satışa çıxarılması və onların ödədiyi 28300 ABŞ dollarının qaytarılmasına, qalan məbləğin kooperativə verilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin.Müstəqil tələb irəli sürən 3-cü şəxs Bağırlı Rasim Yusif oğlunun “Memar-3” MTK-da atası Musayev Vahid İsa oğlunun miras payından ona çatası hissəinin müəyyən edilərək verilməsi haqqında iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın kimi qət edilmişdir.

    – Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Hakim-sədr, möhtərəm M.N.Tağızadə, hakimlər, İ.K.Hüseynov və N.Y.Mustafayevdən ibarət tərkibdə) iş №2(103)-752/2012 saylı, 02 fevral 2012-ci il tarixli Qərardadla “Apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal rayon Məhkəməsinin hazırki iş üzrə 23 sentyabr 2008-ci il tarixli qətnaməsi “Vərəsənin MTK-nin üzvlüyünə qəbul edilmiş hesab edilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv edilsin.

    Musayeva Natəvan Əhəd qızının “Memar-3” Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilmiş hesab olunmasına dair iddia tələbi üzrə icraata xitam verilsin” kimi qərara alınmışdır.

    6. Kassasiya şikayəti əsasında Ali Məhkəmə MK-nın iş №2(102)-1977/12 saylı, 22 iyun 2012-ci il tarixli qərarla “iddiaçı Musayeva Natəvan Əhəd qızı, maraqlı şəxs Musayev İsa Vahid oğlu və onların vəkili Həsənov Hüseyn Xeybər oğlunun KAssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-752/2012 nömrəli iş üzrə 02 fevral 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın” kimi qərara alınmışdır. Hazırda tərəflər arasında eyni miras kütləsinə aid və Apellyasiya şikayəti olunan iş №2(0041)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli qətnamədə hüquqtətbiqetmədə buraxılan ən kobud qanun pozuntularından biridə eyni hüquqi əsaslı işə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərar üzrə şərhinin məcburi göstərişlərinin nəzərə alınmamsıdır. Hesab edirik ki, Apellyasiya şikayəti əsasında şikayətin qismən təmin edilməsi yolu ilə 28 avqust 2008-ci il tarixli qətnaməsini ləğv etdikdən sonra, qəbul olunan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103)-880/2014 saylı, 17 aprel 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilən qiymətləndirmə işin əsil hallarına uyğun deyil, konstitusiya ilə qorunan hüquqlara maddi və prosessual normalara ziddir və konstitusiya uyğunluğu yoxlanılmaqla qüvvədən düşmüş sayılması halına üsteünlek verilməklə baxılmalı və beləliklə də qüvvədə saxlanıla bilməzdi.

    Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsində göstərilir ki, "hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən Mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (Mülki – prosessual hüquq qabiliyyəti)malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən "öz fəaliyyəti ilə Məhkəmədə hüquqlarının həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti Mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən "Fiziki şəxsin Mülki hüquq fəaliyyət qabiliyyəti, o yetkinlik yaşına, yəni 18 yasına çatdıqda tam həcmdə əmələ gəlir". Mənim yetkinlik yaşına çatmadığım zaman iş üzrə qəbul olunmuş , Bakı şəhər Nəsimi rayon Məhkəməsinin iş № 2(006)-1828/2008 saylı, 28 avqust 2008-ci il tarixli qətnaməsindən mübahisə tərəfləri yəni cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Musayeva Natəvan Əhəd qızı Apelyasiya şikayəti vermək hüququndan istifadə edə bilməmişlər.Yalnız mübahisənin tərəfi olmuş qanun üzrə 1-ci növbə vərəsə, şəhadətnamə almaqlamiras əmlak pay hüququnu təsbit etmiş, qarşılıqlı iddiaçı, ilkin iddia üzrə cavabdeh anam Musayeva Natəvan Əhəd qızı qeyd edilən qətnamədən Apelyyasiya şikayəti təqdim etsə də qanunla müəyyən edilmiş prosessual müddəti buraxmaq səbəbi əsas tutulmaqla həmin hərəkətlərin icrası baş tutmamışdır. İş üzrə qarşılıqlı iddiaçı ilkin iddia üzrə cavabdeh olan qanun üzrə 1-ci növbə vərəsə anam Musayeva Natəvan Əhəd qızı həmin hüququ mübahisələndirilmiş və onun rədd edilməsinə dair aşağıdakı Məhkəmə aktları çıxarılmışdır

    Qeyd edilən qətnamədən ilkin iddia üzrə cavabdeh Qarşılıqlı iddia üzrə iddiaçı Musayeva Natəvan Əhəd qızı Apelyasiya şikayətinə prosessual müddətin bərpası barədə ərizə (nümayəndəsi və vəkili F.M. Bağırova) vermiş Bakı şəhəri Nəsimi rayon Məhkəmə (Hakim-sədr: möhtərəm: Ş. Abdullayev) iclasının iş№22(006)-1828/2008 saylı, 22 dekabr 2008-ci il tarixli Qərardadı ilə "Ərizəçi Musayeva Natəvan Əhəd qızının etibarnamə əsasında nümayəndəsi Bağırova Firəngiz Mürsəl qızının Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 28.08.2008-ci il tarixli 2(006)-1828 saylı, qətnaməsindən Apelyasiya şikayəti verilməsi ilə əlaqədar prosessual müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğu üçün təmin edilməsin və Apelyasiya şikayəti geri qaytarılsın" kimi qət olunmuşdur.

    Qəbul edilmiş Məhkəmə iclasının göstərilən qərardadından Musayeva Natəvan Əhəd qızı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə 05.01.09 tarixli (Azərbaycan Respublikası MPM-nin 267 və 395-ci maddələrinin tələbinə əsasən) şikayət təqdim olunmuş, Nəsimi rayon Məhkəmə iclasının iş №2(006)-1828/2008 saylı, 08 yanvar 2009-cu il tarixli qərardadı ilə "Musayeva Natəvan Əhəd qızının Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1828/2008 saylı, 22.12.2008-ci il tarixli Qərardadının ləğvi ilə əlaqədar verdiyi şikayət ərizəsi əsassız olduğundan, təmin edilməsin. Mülki iş şikayət ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilsin" kimi Qərara alınmışdır.

    Bakı Apelyasiya Məhkəməsi MİUMK-nın (hakim-sədr: möhtərəm M.A. Məmmədov, Hakimlər, M.A. Bağırova və İ.Q. Əsədovdan ibarət tərkibdə) iş №«2(103)-930/2009 saylı, 26 yanvar 2009-cu il tarixli Qərardadı ilə "Şikayət təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən qəbul olunmuş "Apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina olunması və Apelyasiya şikayətinin qaytarılması barədə" 22 dekabr 2008-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın" kimi Qərara alınmışdır.

    4.İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Musayeva Natəvan Əhəd qızının və onun vəkili Cavadov Cavad Yusif oğlunun Kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİUMK-nın (hakim-sədr: möhtərəm T.A. Qoldman, hakimlər Ə.A. Mirzıliyev və A.K. Kalbaliyevdən ibarəttərkibdə) iş № 2(103)-93 0/2009 saylı, 26 yanvar 2009-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın" kimi Qərara alınmışdır.

    5. Ərizəçi Musayeva Natəvan Əhəd qızı qeyd edilən qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna "Əlavə Kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin və penumunun sədri möhtərəm R. Rzayev tərəfindən iş № 13(102)-255/2009 saylı 23.06.2009-cu il tarixli şikayətin təmin edilməməsinə dair cavab alınmışdır.

    Həmin rəsmi cavaba əsasən "İddiaçı Bağırlı Rasim Yusif oğlunun Sizə və qeyrilərinə qarşı miras əmlak kütləsinin müəyyən edilməsi və sair tələbinə və Sizin cavabdehlər Bağırlı Rasim Yusif oğlu və qeyrilərinə qarşı mənzilin özəlləşdirilməsinin, alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin ləğv edilməsi və sair qarşılıqlı tələbinizə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Şikayətinizdə göstərdiyiniz dəlillər kassasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığına şübhə yaratmır.Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.Kassasiya instansiyası məhkəməsi qanunun yuxanda göstərilən tələbinə əməl etməklə qəbul etdiyi qərarda istinad etdiyi motivləri əsaslandırmış, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl olunduğuna görə, həmin məhkəmənin iş üzrə çıxardığı 26 yanvar 2009-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası MPM-nin 424.1.-ci maddəsinin tələbinə əsasən Ali Məhkəmə Plenumu müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.Həmin maddədə nəzərdə tutulmuş əsaslar olmadığına görə, əlavə kassasiya şikayətiniz Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmadan saxlanılır" kimi nəticəyə gəlinmişdir.

    Apelyasiya şikayəti ilə əlaqədar maraqlı şəxs olaraq xüsusi ilə qeyd etmək istəyirəm ki, məhkəmə qərarlar ilə əlaqədar qanun tələbinə uyğun ona hörmətlə yanaşaraq hesab edirəm ki, mahiyyət üzrə pozulmuş hüququn müdafiəsinin qeyri humanist vasitələrlə dayandırılmasına dair məhkəmə aktlarını qanuni və ya əsaslı olması halı çox ciddi şübhə doğurduğundan mirası qanuni əsaslarla qəbul edərək ona dair vərəsəlik şəhadətnaməsi və mülkiyyətə dair çıxarışlar almış 1-ci növbə qanun üzrə vərəsə və iş üzrə qarşılıqlı iddiaçı və maraqlı şəxs olaraq mənim və iş üzrə qarşılıqlı iddiaçı ilkin iddia üzrə cavabdeh şəxs olan anam Natəvan Musayevanın hüquq və maraqlarına toxunduğundan onun nəticələri ilə razılaşa bilmərəm. Qeyd olunduğu kimi, artıq tərəflər arasında mübahisələndirilən Hüquq münasibətlərinə dair Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin iş № 2 (006) – 1828/2008 saylı, 28 avqust 2008-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra pozulmuş hüquqlarmızın bərpası üçün müraciət etdim. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı olaraq hər iki Qətnamədən Apelyasiya şikayətinin birləşdirərək baxışı üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının № 2 (103)-2806/2012 saylı, 16 iyul 2012-ci il tarixli qətnamədən maraqlı şəxs olan Musayeva Natəvan Əhəd qızı həmin vaxt qanuni qüvvəyə minmiş iş üzrə olan ilkin çıxarılmış iş №2(006)-1828/2008 saylı, 28 avqust 2008-ci il tarixli qətnaməyə izah verilməsi və icrasına möhlətə dair qanun üzrə 1-ci növbə vərəsə anam Musayeva Natəvan Əhəd qızı tərəfindən işə baxmış Məhkəmə qarşısında “Ərizə vəsatət” lə çıxış edərək məsələ qaldırılmış və onun nəticələrinə dair aşağıdakı Məhkəmə aktları çıxarılmışdır.

    (Ardı var)

    Hazırladı: İ.SABİRQIZI, Hurriyyet.org