Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB – V HİSSƏ

    6

    Mərhum Vahid Musayevin həyat yoldaşı bu işdə “Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham edir

    Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezidentİlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

    Çox hörmətli prezident!

    Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisədaxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən,yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

    (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_iv_hiss)

    İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin” kimi Qərara alınmışdır. Bu göstərilən hərəkətlər icra olunduğu dövr ərzində şikayət olunan məhkəmə sənədləri barədə “qətnamənin icrasına möhlət verilməsi və izah gətirilməsi ilə əlaqədar müvafiq məhkəmə çəkişmələri aparılmış və ona dair Qərardad və Qərar qəbul olunmuşdur.

    1. Bakı şəhəri Yasamal rayon Məhkəmə iclasının (Hakim-sədr, möhtərəm R.Qurbanov) iş №8 (004)-528/09 saylı, 07 sentyabr 2009-cu il tarixli Qərardadı ilə “Yasamal rayon Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli

    qətnaməsinin məzmununu dəyişmədən ona izah verilməsi və Qətnamənin eyni vaxtda icrasına aydınlıq gətirməklə yaşayış şəraitinin pisləşməsini nəzərə almaqla Qətnamənin icrasına 5 (beş) il möhlət verilməsi barədə Musayeva Natəvan Əhəd qızının ərizəsi təmin edilməsin” kimi Qərara alınmışdır.

    2. Qərardaddan işə baxmış məhkəməyə verilən şikayət üzrə Bakı şəhəri Yasamal rayon Məhkəmə iclasının (Hakim-sədr, möhtərəm R.Qurbanov) iş №8 (004)-528/09 saylı, 18 sentyabr 2009-cu il tarixli Qərardadla “Yasamal rayon Məhkəməsinin 07 sentyabr 2009-cu il tarixli, iş 8 (004)-528/09 nömrəli Qərardadından Musayeva Natəvan Əhəd qızı tərəfindən verilmiş şikayət təmin edilməsin.

    Şikayət iş 8 (004)-528/09 nömrəli işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin” kimi Qərara alınmışdır.

    3. Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyası (Hakim-sədr, möhtərəm Ü.Mayılov, İ.Xələfov və H.Əhmədovdan ibarət tərkibdə) iş № 2 (103)-4842/2009 saylı, 08 oktyabr 2009-cu il tarixli Qərardadla “şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş 8 (004)-528/2009 saylı, 07 sentyabr 2009-cu il tarixli Qərardadı dəyişdirmədən saxlanılsın” kimi Qərara alınmışdır.

    4. Kassasiya Şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Kollegiyasının (Hakim-sədr, möhtərəm Ə.Ə.Şadıyev hakimlər, R.Ə.Ağayev və Ş.Ə.Hidayevdən ibarət tərkibdə) iş № 2 (102)-62/10 saylı, 07 yanvar 2010-cu il tarixli Qərarı ilə “Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın bu iş üzrə olan 08 oktyabr 2009-cu il tarixli Qərardadı dəyişdirilmədən saxlanılsın” kimi Qərara alınmışdır.Hazırda qeyd edilən icra işinin icraatı məhkəmənin mahiyyəti üzrə olan Qətnaməsinin Apellyasiya baxşının aparıldığı Mülki işinin üzərində3-cü cildə daxil edilmişdir. Ona görə də işə baxan Məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək geriyə dönüş olunmaqla 37 saylı kooperativ mənzilin ilkin hüquqi vəziyyətə qaytarılması xahiş olunsa da, qanuna zidd və qrəzli münasibət səbəbindən ərizə baxılmamış və müzakirəsiz saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmə Plenumunun Qərarlarındakı hüquqi mövqe və sadalanan şərhindən və eləcədə həmin göstərişlərin məcburiliyindən sonra yeni Apellyasiya baxışına qaytarılmış işin araşdırılması zamanı Məhkəmə Kollegiyasının müzakirəsinə aşağıdakı rəsmi qeydiyyatdan keçirməklə “Ərizə” və “Vəsatətlər” təqdim olunmuşdur.

    1. İşin Məhkəmə baxışının gündəliyinə çıxarılması üçün 18.11.2012-cu il tarixdə qeydiyyatdan keçirilməklə “İddia tələblərinin həcminin artırılması ilə əlaqədar Musayeva Natəvan Əhəd qızı tərəfindən iddia ərizəsinə əlavə” verilmişdir.

    2. Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasında 19.11.2010-cu il tarixdə qeydiyyatdan keçirməklə “İddianı təmin etmək üçün tədbirlərə dair” ilkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Musayeva Natəvan Əhəd qızı tərəfindən verilmiş Ərizə.

    3. Qətnamədən Apellyasiya baxışı zamanı 21.12.2010-cu il tarixdə dəftərxanada qeydiyyatdan keçirilməklə məhkəmə kollegiyasının müzakirəsinə “tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin müəyyən edilməsinə dair Musayeva Natəvan Əhəd qızı tərəfindən “Ərizə-vəsatət”

    4. Dəftərxanada 30.11.2010-cu il tarixdə qeydiyyatdan keçirməklə “Apeelyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Bağırlı Rasim Yusif oğlunun prosesin əsli olmayan tərəf hesab olunmaqla və onun iddia ərizəsinin baxılmadan geri qaytarılmasına dair ilkin iddiaçı Musayeva Natəvan Əhəd qızı tərəfindən “Ərizə-Vəsatət.”

    5. Dəftərxanada 30.11.2010-cu il tarixdə qeydiyyata alınmaqla “Apeelyasiya baxışı zamanı mübahisə predmeti barəsində müvafiq icra orqanından “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Bağırlı Rasim Yusif oğluna aid, sübutların məhkəmə qaydasında təmin edilməsinə dair ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Musayeva Natəvan Əhəd qızının “Ərizə-Vəsatət.”-i.

    6. Dəftərxanada 08.12.2010-cu il tarixdə qeydiyyatdan keçirməklə “Qətnamənin şikayət üzrə Apellyasiya baxışı zamanı iddia müddətinin tətbiq edilməsi (Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən) barədə Musayeva Natəvan Əhəd qızı tərəfindən “Ərizə.”

    7. Bakı Apellyasiya Məhkəməsində Apellyasiya şikayətinin yenidən açıq baxışı zamanı “mübahisə predmetinin obyekti olan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 468-472-ci, ev-127, 16 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 135,2 kv.m. 37 saylı kooperativ mənzilimizin geriyə gönüş edilməklə ilkin hüquqi vəziyyətinə gətirilməsinə dair “Ərizə-Vəsatət”

    8. Mülki işin yenidən Apellyasiya baxışı zamanı şifahi vəsait verərək Qətnamə qəbul edərkən iddiaçı şəxsin pozulmuş hüququn yeni mərhələdə

    hansı orqan və təşkilatda müraciət olunmaqla müdafiə edilməli hüququnun izah olunmasına dair məsələyə baxılmasını xahiş etmişdik.

    9. Məhkəmə Kollegiasının iclasında digər bir sıra iş üzrə həlledici sənəd və materiallar (Protokol, Nizamnamə, Qərar) əlavə olunaraq təqdim olunmuşdur.

    Bu göstərilən və sadalanan ərizə-vəsatətlərdən yalnız 2 (ikisi) Məhkəmə Kollegiası tərəfindən müzakirə edilərək Qərardadlar qəbul edilmişdir. O sırada sadalanan ərizə-vəsatətlərin yerdə qalan heç biri Məhkəmə Kollegiası tərəfindən nə müzakirə edilmiş və nə də ki, qəbul edilmiş Qətnamədə ona münasibət bildirilmişdir. Bu hallar və digər hüquqa zidd fəaliyyəti əsas tutaraq Bakı Apellyasiya Məhkəməsinin bütün Kollegial tərkibinə etiraz etmə haqqında ərizə versəkdə Bakı Apellyasiya Məhkəməsinin sədri tərəfindən baxılaraq təmin olunmadan rədd edilmişdir. Müzakirə olunan “Ərizə-vəsatət”ə dair baxılan Qərardadla:

    1. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Hakim-sədr, möhtərəm M.N.Tağızadə, hakimlər, N.Y.Mustafayev və İ.K.Hüseynovdan ibarət tərkibdə) iş №2 (103)-5279/2010 saylı, 01 dekabr 2010-cu il tarixli Qərardadla “İddiaçı Musayeva Natəvan Əhəd qızı tərəfindən verilmiş iddianı təmin etmək haqqında ərizəsi təmin olunmasın” kimi Qərara alınmışdır.

    2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Hakim-sədr, möhtərəm M.N.Tağızadə, hakimlər, N.Y.Mustafayev və İ.K.Hüseynovdan ibarət tərkibdə) iş №2 (103)-5279/2010 saylı, 22 dekabr 2010-cu il tarixli Qərardadla “İddiaçı Musayeva Natəvan Əhəd qızının “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmməd Sadiq qızı və qeyrilərinə qarşı “mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması, mənzilə köçürülmə, orderin verilməsi və giriş – çıxışın açılmasına dair iddia ərizəsinə əlavə geri qaytarılsın” kimi Qərara alınmışdır.

    Hər iki Qərarddan verilən: Kassasiya Şikayəti əsasında Azərbavcan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının (Hakim-sədr, möhtərəm M.Əhmədova, hakimlər, Ə.Rüstəmov və Ə.Əliyevdən ibarət tərkibdə) iş №2 (102)-752/2011 saylı, 15 mart 2012-ci il tarixli Qərarla “iddiaçı Musayeva Natəvan Əhəd qızı və vəkili Məmmədov Səyyad Məhəmməd oğlu tərəfindən verilmiş Kassasiya şikayəti təmin edilməsin.

    İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.12.2010-cu il tarixli, iş №2 (103)-5279/2010 saylı, Qərardadı dəyişiklik edilmədən saxlanılsın.” kimi Qərara alınmışdır.

    4. Kassasiya Şikayəti əsasında Azərbavcan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (Hakim-sədr, möhtərəm M.Əhmədova, hakimlər, Ə.Rüstəmov və Ə.Əliyevdən ibarət tərkibdə) iş №2 (102)-752/2011 saylı, 15 mart 2012-ci il tarixli Qərarla “İddiaçı Musayeva Natəvan Əhəd qızı və vəkili Məmmədov Səyyad Məhəmməd oğlu tərəfindən verilmiş Kassasiya şikayəti təmin edilməsin.

    İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.12.2010-cu il tarixli, iş №2 (103)-5279/2010 saylı, Qərardadı dəyişiklik edilmədən saxlanılsın.” kimi Qərara alınmışdır.Mübahisə predmeti barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş №2 (004)-1037/08 saylı, 23 sentyabr 2008-ci il tarixli Qətnamədə maraqlı şəxs, mən Musayev İsa Vahid oğlu olaraq tam həcmdə yetkinlik yaşına çatdığımdan Apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası və şikayətin qəbuluna dair “Ərizə-Vəsatət” verərək onun təmin olunmasını xahiş etmiş, ona dair aşağıdakı məhkəmə qərardad və Qərarı çıxarılmışdır:

    1. “Ərizə-Vəsatət” üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsi iclasının iş №2 (004)-1037/08 saylı, 31 mart 2011-ci il tarxli Qərardala “Musayev İsa Vahid oğlunun presessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Musayev İsa Vahid oğlunun Apellyasiya şikayəti verməsi üçün prosessual müddətin bərpasından imtina edilsin. Musayev İsa Vahid oğlunun Yasamal rayon Məhkəməsinin 23.03.2008-ci il tarixli Qətnaməsindən verdiyi Apellyasiya şikayəti, Apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzürsüz səbəbdən buraxıldığı üçün geri qaytarılsın” kimi Qərara alınmışdır.

    2. Göstərilən Qərardaddan şikayət əsasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (Hakim-sədr, möhtərəm: X.Q.Tağıyev) iş №2 (004)-1037/08 saylı, 04 iyul 2011-ci il tarixli Qərardadla “Musayev İsa Vahid oğlunun prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi haqqında Yasamal rayon Məhkəməsinin 31 may 2011-ci il tarixli Qərardadından Musayev İsa Vahid oğlunun verdiyi şikayət təmin edilməsin və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin” kimi baxılaraq Qərara alınmışdır.

    3. Şikayəti araşdıran Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Hakim-sədr, möhtərəm M.N.Tağızadə hakimlər, İ.K,Dəmirov və H.İ.Xəlilovdan ibarət tərkibdə) iş №2 (103)-4222/2011 saylı, 17 avqust 2011-ci il tarixli Qərardadla “şikayət təmin edilməsin. Yasamal rayon Məhkəməsinin 31 may 2011-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılsın” kimi Qərara alınmışdır.

    4. Kassasiya Şikayəti əsasında Azərbavcan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (Hakim-sədr, möhtərəm İ.Ə.Əliyev, hakimlər, H.Q.Nəsibov və Ə.Ə.Əliyevdən ibarət tərkibdə) iş №2 (102)-3458/2011 saylı, 11 noyabr 2011-ci il tarixli Qərarla “Maraqlı şəxs Musayev İsa Vahid oğlunun Kassasiya şikayəti təmin edilməsin.

    Bakı Apellyasiya Məhkəməsi MK-nın iş №2 (103)-4222/2011 saylı, 17 avqust 2011-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılsın” kimi Qərara alınmışdır.

    (Ardı var)

    Hazırladı: İ.SABİRQIZI, Hurriyyet.org