Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB – IIl HİSSƏ

    9

    Mərhum Vahid Musayevin həyat yoldaşı bu işdə “Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham edir

    Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

    Çox hörmətli prezident!

    Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

    (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucladan_memarin_evi_l_keirilib_-_ii_hiss)

    Bununla bərabər “Memar-3” MTK-nın sədri A.Rəhimovanın mütəşəkkil dəstənin rəhbəri kimi Bakı Apellyasiya Məhkəməsinin sədri, möhtərəm İ.Nağıyev və işə baxan hakimlərlə sıx əlaqəyə girməsi, eyni zamanda onun Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimləri ilə işbirliyi qurması mənim və oğlumun şəxsi əmlakımın və miras əmlaklarımızın əlimizdən alınaraq talan olunmasına dair bir sıra məhkəmə qətnamələri qəbul etdirərək, ona nail olmuşlar. O vaxt Bakı Apellyasiya Məhkəməsində bizim şəxsi və miras əmlaklarımıza dair 2 məhkəmə qətnaməsinin birləşdirilərək baxılmasına dair mülki işlər, həmin məhkəmənin hakimi möhtərəm A.İmanovun icraatında icraatı dayandırılmışdır. Bu icraatın dayandırılması o zamana təsadüf etmişdir ki, həmin qətnamələrdən etdiyimiz kassasiya şikayəti Azərbaycan Respublikaıs Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə ləğv edilərək, yeni Apellyasiya baxışına göndərilmişdir və işin baxışı müddəti son günə təsadüf edirdi. Biz Respublika Prezidenti aparatında hüquq-mühafizə orqanları şöbəsində 24 dəfə qəbulda olduqdan sonra Bakı Apellyasiya məhkəməsinin sədri möhtrəm İ.Nağıyev tərəfindən qəbul edilməyimiz irəli sürülmüşdür, o isə bizim qəbulumuzdan boyun qaçırmış və qaşı tərəf 02 may 2013-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində saxta iddia ərizəsi qaldırmış, iddia ərizəsi prosessual qanuna uyğun icraata qəbul edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 03 may 2013-cü il tarixdə onu əsas tutaraq, Apellyasiya baxışının icraatını yeni çıxarılacaq qətnamədən asılı səbəb üzündən qanunsuz və əsassız olaraq dayandırılmışdır. Əvvəl baxılaraq qiymətləndirilmiş tələblər üzrə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsi hakimi möhtərəm E.Hümbətov qulluq mövqeyindən sui-istifadə edərək 17 may 2013-cü il tarixdə həmin ərizəni icraata qəbul edərək işə baxmış, Azərbaycan Respubliaksı Məhkəmə tarixində analoqu olmayan qətnamə ilə mənim şəxsi əmlakımın miras əmlakımın və vərəsəlik şəhadətnamələrimin yenidən təkrar olaraq ləğv və etibarsız hesab olunasına dair qətnamə çıxarmışdır.

    Hal-hazırda həmin qətnamədən Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında hakim-sədr, S.Məmmdovun icraatında Apellyasiya baxışındadır. Beləliklə işin nəticəsinə uyğun olaraq hasil olur ki, uzun illərdən bəri Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin sədri möhtərəm Ə.Cəfərov işə baxmış hakim, X.Tağıyev, Bakı Apellyasiya Məhkəməsinin sədri, möhtərəm İ.Nağıyev və onun rəhbərliyi və göstərişləri altında işə baxmış hakimlər və hazırda işə baxan hakimlər, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin işə baxmış hakimləri, sistemli və mütəşəkkil qaydada fəaliyyət və işbirliyi qurmaqla “Memar-3” MTK-nın sədri A.Rəhimovanın göstəriş və tapşırıqlarını, eyni zamanda özünü saxta sənədlərlə vərəsə kimi təqdim edən Bağırlı Rasim Yusif oğlu (Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin məhkəmələr işə baxdığı dövrdə əməkdaşı olmuş və hazırda xidmətə yararsız olduğuna görə işdən qovulmuş) və bu işin təşkilində sənədləri saxtalaşdırmqla fəaliyyət göstərən Abdullayev Loğman Qüdrət oğlunun qanunsuz hərəkətlərinə şərait yaratmaqla və onların mövqeyindən çıxış etməklə mənim şəxsi əmlaklarımın oğlum və mənim miras əmlaklarımın Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkmə plenumunun predmet barədə qərarının məcburi nəticələrinə və analoji işlər üzrə Konstitusiya Məhkəməsi Plnumunun məcburi göstərişlərinə baxmayaraq, ələ keçirilərək satılıb, talan olunmasına bilərəkdən və məqsədli şəkildə şərait yaradılaraq ona nail olmuşlar.

    Bütün bu göstərilənlərə baxmayaraq Bakı şəhəri, Yasamal rayon məhkəməsinin iş№2(004)-155/15 saylı, 15 aprel 2015-ci il tarixli qətnamə ilə qanunsuz və əsassız olaraq ikin iddia ilə bizim 7 saylı kooperativ mənzildən çıxarılmağımıza və qarşılıqlı iddia tələblərinin rədd edilməsinə dair analoji işlərə dair bir neçə sayda Konstitusiya Məhkəməsi Plenumunun qərarları ilə müəyyən edilmiş məcburi hüquqtətbiqetməyə zidd olaraq özbaşınalıqla qətnamə qəbul etmişdir. Belə bir halın mövcudluğu Azərbaycan Respublikası Konstitusiya prinspiləirinin kobud şəkildə və analoqu olmayan formada pozulması şəraitini yaratmışdır.

    Yuxarıda adları sadaladığım məhkəmə sədrləri və hakimləri, eyni zamanda hüquq mühafizə orqanlarının məsul şəxslərinin hərəkətləri nəticəsində mənim şəxsi əmlaklarımın, oğlumla mənim miras əmlaklarımın məqsədi və planlı şəkildə əlimizdən alınaraq satılıb talan olunmasına dair qətnamə və qərarlar qəbul etməsi, oğlumla mənim özümü öldürmə həddinə və intihar etməyə təhrik edir. Bu bizim Sizə son müraciətimizdir. Əks tədqirdə bütün bu işlərin məsuliyyəti qanunvericiliklə müəyyən edilən qaydada həmin şəxslərin üzərinə düşür. İşin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında baxılaraq şikayətin təmin edlməməsinə dair iş №2(103)-5480/2015 saylı, 02 noyabr 2015-ci il tarixli qətnamə ilkin mübahisə predmeti barədə qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim-sədr, möhtərəm A.Məmmədov) iş №2(004)-145/2015 saylı 15 aprel 2015-ci il tarixli qətnamə kimi maddi və prosessual qanun normalarına uyğun olmayıb, Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarının ziddinə, (analoji işlərə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2011-ci il tarixli ) Konstitusiya və beynəlxalq hüquq prinsiplərinə saymazlıq, “Məhkəmələr və Hakimlər Haqqında Azərbaycan Respublikası Qanunu”nun, “Korrupsiyaya qarşı Mübarizə Haqqında Azərbaycan Respublikası Qanunun”, Azərbaycan Respublikasında qüvvədə olan hüquqi normativ aktlarının göstərişlərinə zidd və onun pozulması yolu ilə, eləcə də saymazlıq ifadəsi altında çıxarıldığından Apellyasiya şikayətini təmin etməməklə Azərbaycan Respublikasının Konstitusiya əsaslarının sarsıdılmasına və Konstitusiya Məhkəməsi Plenumunun məcburi göstərişlərinin yerinə yetirilməməsi halını aşkarlayır, bu isə məhkəmə özbaşınalığı kimi qiymətləndirilməlidir. Mülki Kollegiyada baxış zamanı 5 vəsatət və qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair dəftərxanadan qeydiyyatdan keçirməklə verdiyimiz və qaldırdığımız vəsatətlər qərəzli olaraq müzakirəyə çıxarılmadan təmin edilməmişdir. Bütün bunların hamısı bizim 37 saylı kooperativ mənzilin Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İ.Nağıyevin əldən verməməsi üçün (hazırda mənzil onun adamının adındadır T.Məmmədov, E.Məmmədov adlı şəxslər).

    Belə olan halda məhkəmə, hakim özbaşınalığı və anarxiyasına son qoyulması və dövlətçilik prinsiplərinin qorunmasını qarşıya çıxarır. Xahiş edərək bildirdik ki, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri və Azərbaycan Respublikasının Ədliyyə Naziri olaraq cənab çox hörmətli F.Məmmədov tərəfindən bütün bu sadaladığımız məsələlər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülməsinə sərəncam verilməsinin vaxtı çoxdan çatmışdır. Lakin bütün bu müraciətlərin bugündək heç bir təsirli nəticəsi olmamışdır. İddiaçı Məmmədov Elxan Məmməd oğlu Bakı şəhəri, Yasamal rayon Məhkəməsində biz cavabdehlərə (Natəvan və İsa) qarşı “mənzildən çıxmağa və ititrilmiş mənafeyin ödənilməsinə dair” ərizə verərək “cavabdehlər Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlunun, mülkiyyətimdə olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 468-472-ci məhəllə, 127 saylı evin 37-ci mənzilindən çıxarılması, həmin mənzili mənim istifadəmə verilməsi və göstərilən mənzilin cavabdehlər tərəfindən özbaşına olaraq zəbt edilib qanunsuz saxlanılması nəticəsində 15.000 (on beş min) manat məbləğində itirilmiş mənafeyin cavabdehdən alınıb mənə verilməsi” barədə Qətnamə çıxarılmasını xahiş etmişdir(İddia ərizəsi 17 dekabr 2013-cü il tarixi ilə imza olunmuş, sədr tərəfindən hakim A.Məmmədovun adına 18.12.2013-cü il tarixdəki dərkənarla yönəldilmişdir).

    İşin mahiyyət üzrə baxışına başlanmasından öncə 22.01.2014-cü il tarixli qeydiyyatdan keçirilməklə ilkin iddiaçıya və digərləeinə yönələn aşağıdakı məzmunlu tərəfimizdən qarşılıqlı iddia ərizəsi verilmişdir.

    Belə ki, “iş üzrə ilkin iddia və qarşılıqlı iddia tələblərinin” məcmusu üzrə “Mübahisə predmeti” nə dair “Memar-3” MTK-də 1998-2003-cü illərdə pay Hüququ ilə Birgə Nigah dövründə tikdirdiyimiz Bakı şəhəri, Yasamal rayonu; N.Nərimanov prospekti; 468-472 məhəllə; 127№-li binada yerləşən; 37 №-li Mənzillə dair Məmmədov Tofiq Yaqub oğlunun “Memar-3” “MTK-nə üzv qəbul olunmasına və Musayev Vahid İsa oğlunun Kooperativdən azad edilməsi barədə “Memar-3” MTK-nin 06 saylı, 09 iyul 2009-cu il tarixli iclas protokol və Qərarının Etibarsız hesab olunaraq ləğv edilməsi; N.Nərimanov prospekti, 468-472-ci məhəllə; 127 №-li binada, 37 №-li mənzilin Məmmədov Tofiq Yaqub oğlunun adına özəlləşdirilməsi və ona dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsində Reyestr nömrəsi-011011000146-05301-093036; Qeydiyyat nömrəsi-1112008191; Seriya MA № 0353181 olan, 22.02.2012-ci il tarixli Qeydiyyatı aparılan çıxarışın Etibarsız Hesab olunaraq ləğv edilməsi, N.Nərimanov prospekti, 468-472 məhəllə, 127 №-li binada, 37 №-li Mənzilin 31 yanvar, 2013-cü il tarixdə AN-1 № 0333321 seriyalı, Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin və onun əsasında Məmmədov Elxan Məmməd oğlunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi idarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Reyestr nömrəsi-011011000146-05301-093036; Qeydiyyat nömrəsi:1113009995; Seriya-RX № 0114310-li, 02.02.2013-cü il tarixli çıxarışın /Dövlət Reyestr Qeydlərinin/ Etibarsız Hesab olunaraq ləğv edilməsi tələblərinə dair” ilkin iddia üzrə cavabdehlər tərəfindən iddiaçıya münasibətdə Qarşılıqlı iddia tələbləri və iddia üzrə iştirakçı cavabdeh subyektlərə qarşı ərizələr üzrə tələblər barədə, qarşılıqlı iddia üzrə iddiaçı şəxs olaraq Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən verilmiş ilkin iddia tələblərinin rədd olunması və qarşılıqlı iddia tələblərinin təmin edilməsinə dair Qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İşdən göründüyü kimi “Qarşılıqlı iddia ərizəsinin” qəbulundan 1-ci instansiya Yasamal rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfinddən imtina olunmuş Kassasiya şikayəti əsasında Ali Məhkəmə Mülki Kollegiyanın iş №2(102)-4781/14 saylı, 25 dekabr 2014-cü il tarixli qərarla “Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2017-ci il tarxli Qərardadı ləğv edilsin”. İş üzrə yeni qərar qəbul edilsin. Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlunun qarşılıqlı iddiası qəbul edilsin.

    (Ardı var)

    Hazırladı: İ.SABİRQIZI, Hurriyyet.org