İyulun 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
Hurriyyet.org xəbər verir ki, mərasimdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.
Tərxis olunan əsgərlər arasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də var.
DTX rəisi Əli Nağıyev tərxis olunan əsgərlərlə görüşüb.