Heydər Əliyevin qəbrinə məktub yazan Qarabağ qazisi ÇARƏSİZ VƏZİYYƏTDƏDİR – “Ailəmi dolandıra bilmirəm, acından ölürük…”

141

Qarabağ döyüşlərində sağlamlığını itirən vətəndaşların əksəriyyətinə dövlət tərəfindən diqqət göstərilsə də, amma bu gün çətin durumda yaşayanları da var. Hətta elə Qarabağ qaziləri var ki, maddi durumları çətin olduğundan sosial şəbəkələrdə yardım istəyirlər.

Əslində, sağlamlığını vətən yolunda itirən vətəndaşın sosial şəbəkədə kimdənsə yardım istəməsi qətiyyən doğru deyil, dövlət özü torpaq, millət uğrunda sağlamlığını itirən vətəndaşı maddi cəhətdən tam təmin etməlidir. Amma təəssüf ki, məmur biganəliyi bəzi Qarabağ qazilərinə sosial şəbəkədə yardım istəməkdən başqa yol qoymur. Bu səbəbdən də Nizami Rayonu, Cəmşid Naxçıvanski 6, mənzil 62-də kirayədə yaşayan Qarabağ qazisi Atif Quluyev sosial  şəbəkə istifadəçilərinin birindən yardım istəyib.

“Ailəmi dolandıra bilmirəm”

A.Quliyevin müraciətindən sonra, onun özü ilə əlaqə saxladıq. O, Hurriyyet.org-a bildirdi ki, 20 ildir prezidentə, Müdafiə Nazirliyinə, Əmək və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyətinin başısına  müraciət edib: “Mən torpaq istəyirdim, köməklik etmədilər. 2019-cu ildə mən Bakı Şəhər İcra Hakimiyyətinn başçısı Eldar Əziziovla da görüşdüm. O bildridi ki, “biz torpaq verə bilmirik, torpağı prezident verir. Prezident də fərman verib ki, Azərbaycan Respublikasında bələdiyyə mülkiyyətində olan torpaqlar hərrac və müsabiqə yolu ilə satılır”. Dedi, “bu sənəd sizə verilib?”. Dedim, bəli. Mən də bütün qurumların hamısına müraciət etdim, baxmadılar, heç bir köməklik etmədilər. Nizami rayon icra başçısına məktub da göndərdim. Hətta bütün nazirlərin, prezidentin, Mehriban xanımın, icra başıçısının adına məktublar var idi, apardım ulu öndər Heydər Əliyevin məzarının üstünə məktub qoydum, onu da saymadılar. Mən kirayədə qalıram, ev pulunu verə bilmirəm. İki uşağım var. Aldığım o pensiya məni təmin etmir, ailəmi dolandıra bilmirəm”.

“Belə çıxır ki, Bakı Şəhər İcira Hakimiyyəti Heydər Əliyevin məzarını da saymadı”

A. Quluyev deyir ki, 325 manat pensiya alır: “Yoldaşıma da 50 manat mənə baxıcı pulu verirlər. 350 manat kirayə pulu ödəyirəm. “Vasmoy” bazarında balaca bir yerim var idi, onu da neçə aydır bağlayıblar, indi mən dolana bilmirəm, acından  ölürəm. Heç mənim evimdə bu dəqiqə çörək pulu da yoxdur. Nizami rayon icra başçısına, Bakı şəhər icra başçısına, Prezident Aparatına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Fövqalədə Hallar Nazirliyinə müraciət etdim, şikayətimə baxmadılar. Ulu öndər Heydər  Əliyevin qəbrinə məktub yazmışam, gedib Bakı Şəhər Baş Polis İdarəsinə çıxır. Heç kim şikayətimə baxmır. Siz məni canlı görsəniz, mətəəl qalarsınız, əl yox, göz yox. Zakir Həsənova da yazdım, dedilər ki, “biz bu işə baxmırıq. Get, kimə istəyirsən, şikayət et. Sənin şikayətinə prezident baxa bilər, prezidentdən yuxarısı yoxdur”. Nizami rayonunda boş torpaq sahəsi var, 19 ildir onu istəyirəm, vermirlər. Həmin torpağa seçkilər vaxtı gətirdilər yelləncək, stol qoydular. Bələdiyyəni gətirdim, ölçdülər, biçdilər, dedilər, “icra başçısı bu torpağı sənə verəcək”. İcra başısı da dedi, “mən Bakı Şəhər İcra Hakimiyyətinə yazıram, nə cavab verəcəklər, bilmirəm. Heydər Əlievin qəbrinə yazdığım məktubdan sonra Bakı Şəhər İcra Hakimiyyəti Nizami rayon İcra Hakimiyyətinə məktub göndərdi, imtina yazdılar.  Belə çıxır ki, Bakı Şəhər İcira Hakimiyyəti Heydər Əliyevin məzarını da saymadı. Mən bundan sonra Əli Kərimliyə müraciət edəcəm ki, hörmətli Əli Kərimli, xahiş edirəm, məni öz himayənizə götürün, mənə kömək edin. Mən prezidentə, Mehirbn xanıma yazdm, kömək etmədilər. Bunun başqa yolu yoxdur. 20 ildir mən prezidentə məktub yazıram, cavab vermirlər. Mənə deyirlər, “get, kimə istəyirsən, şikayət et, sənin heç prezidentə səsin çatmayacaq. Sənə prezident də heç nə etməyəcək”.  Bütün nazirliklərdən də o cavabı verirlər. Elə Bakı şəhər icra baçsı Eldar Əzizovun öz adamları o sözləri üzbəüz deyiblər. Mənə yazılı surətdə veriblər ki,  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2008-ci ildə 34 nömrəli fərmana əsasən, sərəncam imzalayıb ki, Azərbaycan Respublikasında dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar hərrac və müsabiqə yolu ilə satılır. Mən bunlara sual verdim ki, cənab prezident torpaq satır, yoxsa sizə deyir ki, birinci qrup Qarabağ əlillərinə şərait yaradın. Mənə deyir ki, “prezident səhv edib deyib, elə deyə bilməz. Prezident deyir ki, gedin, özünüz üçün torpaqları satın, pulu gətirin mənə verin”. İndi mən nə edim? Gəlin, mənim yaşadığım yerə baxın, mən necə vəziyyətdə yaşyıram”.

Şamo EMİN, Hurriyyet.org