Həyatınızı ürəyinizcə yaşayın! – TÖVSİYƏLƏR

    21

    Bir çoxumuz gündəlik həyatın məsuliyyətləri və tələskənliyi içində yaşadığımız günün haqqını vermirik. Günlər bir-bir əlimizdən uçub gedir. Bəs bu vəziyyətdə tək günahkar işimiz, məktəbimiz, evimiz və məsuliyyətlərimizdir? Yoxsa günahın bir azı da bizdədir? Əgər, problemin bir az da öz seçimlərinizdən qaynaqlandığını düşünürsünüzsə, bu yazı tam sizin üçündür. Hər günü dolu-dolu yaşamaq üçün verilən tövsiyyələri dinləyin, həyatınızı mümkün qədər ürəkdən və xoşbəxt yaşayın.

    1. Həyatınızı istədiyiniz kimi yaşamaq üçün ilk növbədə kim olduğunuzun fərqinə varın. Dəyərləriniz, xəyallarınız, inanclarınız nələrdir? Əgər, bunları bilsəniz, atdığınız hər addım məna qazanacaqdır.

    2. Şikayət etməkdən imtina edin. Şikayət etmək sizə ancaq bəhanə verəcəkdir, həll yox. Buna görə də şikayət etməyi buraxın və həll yollarını araşdırmağa başlayın.

    3. İnsanların sizin üçün nələrsə edib dəyişiklik yaradacağını düşünürsünüzsə, yalnış fikirdəsiniz. Dəyişiklik istəyirsinizsə, özünüz hərəkətə keçin.

    4. "Əgər, belə olsaydı, belə olmazdı" yerinə yenidən sınamağa davam edin. "Gələn dəfə bunu düzəldəcəyəm" deyin.

    5. "Necə"deməzdən əvvəl "nə" sualını verin. Öncə nə istədiniyizi qərarlaşdırın, sonra necə edəcəyinizi düşünün.

    6. Həyatın, insanların və hadisələrin sadəcə yanınızdan keçib getməyinə icazə verməyin. Günlərinizi yuxudaymış kimi keçirməyin. Qalxın, gözünüzü açın, hər günü şüurla yaşamağa başlayın.

    7. Həyatdakı məqsədiniz nədir? Bu mövzu üzərində daha əvvəl heç düşünməmisinizə, elə indi fikirləşin, həyatınızdakı məqsədinizi, sizi ən çox xoşbəxt edən və tamamlayanın nə olduğunu anlamağa səy göstərin.

    8. Həyatın nə gətirəcəyini bilmək olmur. Sırf bu düşüncəyə arxalanaraq həyat yaşanmaz. Önünüzdəki günü, həftəni, ayı, ili və hətta illəri planlayın. Hədəfləriniz üçün hər gün bir addım atdığınızdan əmin olun.

    9. İstəklərinizə çatmaq üçün şərtlərin yetişməsini gözləyirsinizsə, siz ancaq qorxu və narahatlıqlarınızı böyüdürsünüz, uğurlu olmaq şansınızı əlinizdən buraxırsınız. Şərtlərin yetişməsini gözləməyin, özünüz hərəkətə keçin.

    10. Özünüzə investisiya edin. Yeni dil öyrənin. Bir alətdə ifa etməyə, ya da yeni əl bacarıqları qazanmağa səy göstərin. Hər gün sadəcə 1 saatınızı özünüzü müəyyən bir sahədə inkişaf etdirmək üçün istifadə etsəniz, 1 il içərisində xəyal etməyəcəyiniz nöqtəyə gələ bilərsiniz.

    11. Sevmədiyiniz işdə çalışmayın. 5 il sonra özünü həmin işdə görməyə dözə bilmirsinizsə, artıq özünüzə yeni bir iş müəyyən etməyinizin vaxtıdır. Sevmədiyiniz işə xərclədiyiniz enerjini xəyallarınıza xərcləyin.

    12. Xətalardan təkcə dərs alın. Keçmişə ilişib qalmaq irəli addım atmağınıza icazə verməyəcək. Halbuki, səhvlərdən dərs almaq, inkişafınızı qəbul etməyinizi təmin edəcəkdir. Sizi böyüdəcək və yetkinləşdirəcəkdir.

    13. Başqalarının düşüncələrini bu qədər üstün tutmaqdan əl çəkin. Əmin olun ki, insanların bir çoxu sizinlə əlaqəli düşüncələrinizi söylədikdən bir neçə saat sonra unudur. Amma siz o düşüncələrlə birlikdə bir ömür yaşayırsınız.

    14. Gününüzü hamını məmnun etməklə xərcləməyin, həmin gün boşuna xərclənmiş deməkdir. Başqalarına qarşılıqsız yardım etməklə, bütün insanları məmnun etmək eyni deyildir. Həqiqətən yardıma ehtiyacı olanların yanında olun.

    15. Neqativ insanlar həyatınıza düşündüyünüzdən də çox təsir edir. Ətrafınızda olub, sizi mənfi düşüncələri ilə zəhərləyən insanlardan təmizləyin. Özünüzə sizə dəstək olan, sizi sevən, inkişaf etdirən və irəliyə aparan insanlarla əhatələndirin. Sizi aşağı çəkən, istifadə edən və pis hiss etdirən heç kimə enerjinizi, dəyərli vaxtınızı xərləməyin.

    Bu həyatı yaşamaq şansı bizə yalnız bir dəfə verilir. Onu dəyərli və dolğun şəkildə, ürəyimizcə yaşamalıyıq.

    Aytac ASƏFQIZI, Hurriyyet.org