Artur Rəsizadə Dmitri Medvedyevi qəbul etdi – RƏSMİ GÖRÜŞ

    6

    “Həyatda həmişə sabit amillərlə yeniliklər bir-biri ilə birləşir. Həm Rusiya, həm Azərbaycan dəyişib, amma münasibətlərimizin amili sabit olaraq qalıb”, – deyən Dmitri Medvedev sabit olan münasibətlər amili kimi dostluğumuzu misal çəkib, bu amilin qorunub saxlanmasının vacibliyini qeyd edib. Hər iki ölkənin iqtisadiyyatlarının oxşarlığından danışan Rusiya Hökumətinin Sədri neft-qaz amilindən asılılığı azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətinə toxunub. Dmitri Medvedev də birgə layihələr üzərində işləməyin önəmini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Rusiya Hökumətinin Sədri diqqətə çatdırıb ki, münaqişənin həllindən bütün region faydalanacaq və Rusiya da özünü bu regionun bir hissəsi hesab edir(apa).