Həssas tərəfinizi ortaya çıxaran “LƏLƏK” TESTİ

    24

    Heç digər insanlarla aranızdakı baxış bucağındakı incə fərqlərin nələrdən qaynaqlandığı ağlınıza gəlibmi? Məsələn, siz qırmızını sevirsiniz, dostunuz isə mavi rəngi. Bəs, bunun səbəbi nə ola bilər? Bu və buna oxşar nümunələr çoxdur. İnsanlar bir-birinə nə qədər bənzəsələr də, təbii olaraq, hər kəsin öz daxilində fərqli hissləri, düşüncələri və beyin quruluşu vardır.

    Lələk testi bu fərqli faktorların birləşməsi ilə ortaya çıxan, seçimlərinizin fərqliliklərini göstərən asan, lakin təsirli testdir.

    Şəkildə gördüyünüz tüklərdən birini seçidikdən sonra aşağıda onun haqqında oxuya bilərsiniz:


    1. Sevgi və sülh tərəfdarı olan, ətrafınızda sevilən birisiniz. Yaxın dostları tərəfindən hər zaman yaxşı xatırlanan və heç kimə qəsdən pislik etməyən insansınız. Lakin bu davranışlarınız təqdirə layiq olsa da, sizdən istifadə etməyə çalışan insanlardan qorunmalısınız. Bəzi vəziyyətlərdə özünüzü düşünməyi öyrənməlisiniz.


    2. Birdən çox sahə ilə maraqlanan, hər mövzuda fikir sahibi olan çoxtərəfli insansınız. Bu xüsusiyyətinizlə ətrafdakıları təəccübləndirir və tərifləri toplayırsınız. Amma əhatənizdə sizi çoxbilmiş hesab edən və ya bu davranışınızı gözü götürməyən insanlar ola bilər. Düşüncələrinizi söyləməzdən əvvəl qarşınızdakı insanı tanımağınız sizin üçün çox faydalı olacaqdır.


    3. Düz və qalın xətli bu lələyi seçməyiniz, qərarlarını özü verməyi sevən, lakin avtoritar təzyiqi sevməyən, azad ruhlu insansınız. Cəsur və dikbaşsınız. Çox vəziyyətdə ətrafınızdakıların dilə gətirməyə çəkindiyi şeyləri siz söyləyirsiniz. Həmçinin, səyahət və macəraları da sevirsiniz. Lakin arada da olsa, zidləşmələrdən qaçaraq, özünüzü dayandırmağınız sizə kömək edəcəkdir.


    4. Tüm xətləri düz olan lələyi seçmisiniz. Bu, ehtimalları yaxşı hesablayan və olduqca məntiqli olduğunuza işarədir. Bu xüsusiyyətləriniz sayəsində kiminsə sizi aldatması və ya hadisələri sizə olmadığı kimi danışması çox çətindir. Məntiqdən uzaqlaşmadan düşüncələrinizi davam etdirə bildiyinizə görə ətrafınızdakı insanların sizdən məsləhət almaq məqsədi ilə gəldiklərinə çox şahid olmusunuz.

    5. Bəzəkli, xoş və cəlbedici lələyi seçmisiniz. Bu lələk açıq şəkildə incəsənət ruhlu və duyğulu olduğunuzu göstərir. Fərqli olduğunuz həmin an başa düşülən və sənətin hər sahəsinə maraq göstərməyiniz diqqəti çəkir. Öz-özünüzə kədərlənərək, düşüncələrə qapılmaq kimi xüsusiyyətlərə sahibsiniz. Özünüzü bu xüsusiyyətinizə öyrəşdirməməli, yaxşı tərəflərinizi ortaya çıxarmağa çalışmalısınız.

    Aytac ASƏFQIZI, Hurriyyet.org