“Hesablama Palatasının açıqladığı rəqəm reallığı əks etdirmir” – RÖVŞƏN AĞAYEV

    3

    “Hesablama Palatası 2017-ci ilin dövlət büdcəsinin icrasına dair rəyini açıqlayıb. Rəydə təqdim edilən məlumata görə bu il yanvar ayının 1-nə dövlətin daxili borcu 1 milyard manatdan bir az çoxdur. Bu rəqəm reallığı əks etdirmir. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.

    “Dövlət zəmanəti verilən borc necə dövlət borcu sayılmaya bilər?”

    “Çünki hökumət dövlətə məxsus “Aqrarkredit”in istiqraz buraxılışı vasitəsilə Mərkəzi Bankdan 2040-cı ilədək 10 milyard manat borclanıb. Bu borcun qaytarılmasının məsuliyyəti hökumət adından Maliyyə Nazirliyinin üzərindədir. Bu daxili borc deyilsə, nədir?
    Mərkəzi Bankın son hesabatında da qeyd edilib ki, bu borca bilavasitə dövlət zəmanəti verilib. Dövlət zəmanəti verilən borc necə dövlət borcu sayılmaya bilər?”
    – deyə ekspert sual edir.

    Cavid, Hurriyyet.org