“Hesablama Palatasının rəyinin bəzi hissələri ilə qəti razı deyilik” – NAZİR

66

“2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar üçün vacib məsələlərdən biri Hesablama Palatasının rəyidir”.

Hurriyyet.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Naziri Samir Şərifov deyib.

O bildirib ki, Hesablama Palatasının rəyində müəyyən fikirlər var: “Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik. Amma bu, normal bir prosesdir. Fikrimcə, demokratiyanın bir növüdür. Biz bu məsələlərə çox hörmətlə yanaşırıq”./apa/