“Hesab edirəm ki, buna son qoyulmalıdır”

63

Aqil Səmədbəyli: “Türk dövlətləriylə bağlı aparılan anti-təbliğat qeyri-səmimidir və düzgün deyildir

Azərbaycan apardığı terrorizmə qarşı mübarizə və əks-hücum əməliyyatı ilə təcavüzkar və işğalçı ölkə olan Ermənistana ciddi zərbə vurur. Haqlı mübarizəmizdə dinindən aslı olmayaraq, bəzi ölkələrin dəstəyini görsək də, dəstək gözlədiyimiz bəziölkələrdən isə təəsüüf ki, mənəvi dəstək belə görmürük. Bəzən isə, qonşu ölkələrimizdən gecikmiş dəstək görürük. Əslində, Orta Asiyadakı türk dövlətlərinin Azərbaycana verdiyi dəstəyi də görsək də, lakin sosial şəbəkələrdə bəzi tirajlanan yalan məlumatlar göstərilən dəstəyin qarşısını alır.

Görəsən, türk dövlətləriylə bağlı aparılan anti – təbliğat kimlərin marağına xidmət edir?

Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) qurucusu Aqil Səmədbəyli türk dövlətləriylə bağlı aparılan anti-təbliğatın qeyri-səmimi və düzgün olmadığını bildirib. O, buna son qoyulmasının lazım olduğunu deyib:

“Azərbaycan əks-hücum əməliyyatlarına başladığı gündən, yəni 27 sentyabrdan bu günə qədər Azərbaycanda bəzi mənbələr Qazaxıstan, Türkmənistan və digər türk dövlətləri haqqında tənqidi fikirlər yazırlar. Bildirirlər ki, niyə türk dövlətləri Azərbaycanı dəstəkləmir? Birincisi, bu türk dövlətlərinin hamısı bir yerdə bəyanat verdilər və ilk günlərdən etibarən Azərbaycanı müdafiə edirlər. Digər tərəfdən, Qazaxıstan və Özbəkistanın prezidentləri bəyanat yayaraq, Azərbaycanın haqlı mübarizəsini apardığını və Azərbaycanın mövqeyini müdafiə etdiklərini bəyan etdilər. Bundan başqa nə etməldirlər ki? Türk dövlətləriylə bağlı aparılan anti-təbliğat qeyri-səmimidir və düzgün deyildir. Hesab edirəm ki, bun son qoyulmalıdır”.

YƏHYA