Hərbi rəisləri artıq prezident təyin edəcək – TÜRKİYƏDƏ

    15

    Türkiyədə prezident idarə üsuluna keçidlə əlaqədar bu yaxınlarda edilən dəyişikliklərə əsasən, Prezident Rəcəb Tayyib Ərdoğan ölkə Silahlı Qüvvələrinə polkovniklər, briqada generalları və kontr-admirallar təyin etmək səlahiyyəti əldə edib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, ilk təyinatın cari il avqustun 30-na planlaşdırıldığı deyilir.

    Qeyd edək ki, bu gün Hulusi Akar Türkiyənin milli müdafiə naziri, Yaşar Gülər isə Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib.