Hərbi qulluqçulara ali hərbi rütbələr verildi – SİYAHI

    18

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Hurriyyet.org-un məlumatına görə, sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

    “general-leytenant” hərbi rütbəsi

    general-mayor Fuad Nadir oğlu Məmmədova

    general-mayor Zahid İbrahim oğlu Hüseynova

    “general-mayor” hərbi rütbəsi

    polkovnik Qədir Əşrəf oğlu Nəsibova

    polkovnik Rasim Rza oğlu Babayevə

    polkovnik Vüqar Əfqan oğlu Əliverdiyevə

    polkovnik Polad İsrayıl oğlu Həşimova

    polkovnik İlqar Zakir oğlu Lətifova

    polkovnik Məhəmməd Kərim oğlu Həsənova.