Hərbi qulluqçuların əlillik səbəblərinin siyahısı dəyişdi

24

Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar müəyyən edilən əlillik səbəbləri sırasına Azərbaycan Respublikasının müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik səbəbləri daxil edilib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”da dəyişiklik edilməsi haqqında” qərarında əksini tapıb.

Keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar əlillik isə bu səbəblər sırasından çıxarılıb.

Qərar mayın 14-dən qüvvəyə minib.