PUTİN ABŞ-ı QARABAĞ NİZAMLAMASINDAN KƏNARLAŞDIRIR

    12

    Hərbi əməliyyatları Rusiyanın dayandırdığı halda danışıqların Qərbin meydançasında , yəni Vyanada baş tutması Moskvanın həlledici rolunu şübhə altına ala bilərdi. Çünki Rusiyanın Qarabağ məsələsində hakim rola malik olmasından tərəflərdən heç biri məmnun görünmür. Rəsmi Bakı uzun müddətdir buna səy göstərirdi ki, Qərb nizamlama prosesinə daha yaxından və daha yüksək səviyyədə cəlb olunsun. Ermənistanda isə indi Rusiyadan küsüblər, çünki hesab edirlər ki, aprel döyüşləri Rusiyanın Ermənistanın müttəfiqi olduğuna şübhə yaradıb. Bu səbəbdən Ermənistan da Qərbin danışıqlar prosesində daha üstün rola malik olmasında maraqlı görünürdü. Ancaq Putin qəfil təşəbbüslə hər şeyi alt-üst edir və bir daha hamıya göstərir ki, bu regionda “xozeyin” kimdir…/Virtualaz/