Hər il bir inkassator maşınına hücum edən dəstə saxlanıldı – ÜZVLƏRİ AZƏRBAYCANLILARDIR

    21

    Dünən gecə saatlarında naməlum şəxslərin binanın birinci mərtəbəsində yerləşən pəncərənin dəmir barmaqlıqlarını sökərək içəri girməsi və iki sistem blokunun ələ keçirilməsi ilə bağlı polis idarəsinə məlumat daxil olub.

    Ukrayna mətbuatının yazdığına görə, hazırda hadisə yerinə əməliyyat istintaq qrupu göndərilib, fakt araşdırılır.

    Xarkov Apellyasiya Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Yevgeniya Bondarenkonun sözlərinə görə, kabinetdən sistem blokundan əlavə həmçinin fleş-kart və qidalanma bloku da yoxa çıxıb. İtmiş sistem bloklarında rəsmi sənədlər saxlanılıb. Zərərin məbləği hələlik müəyyən edilməyib.

    Baş vermiş insidentin məhkəmənin işinə təsir göstərməyəcəyi və məhkəmə proseslərin təxirə salınmayacağı bildirilib.

    Bu ilin aprelində inkassator maşınına basqında ittiham olunan 10 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, 2013-cü ildən etibarən dəstə üzvləri quldurluqla məşğul olublar. Hər il bir inkassatora hücum edilib. Cinayətkar dəstə bu cür “ov”lardan kifayət qədər qənimət əldə edib. 15 milyon qrivna ələ keçirən banda üzvləri özlərinə bahalı maşınlar alıblar, xarici ölkələrə səyahətə yollanıblar, bir sözlə kefə baxıblar. Banda üzvlərinə məxsus qarajlarda çoxlu sayda silah-sursat, tapança, qumbaraatan, partlayıcı maddələr aşkar edilərək götürülüb.

    Daha öncə bildirildiyinə görə, Dnepr vilayətində zərgərlik mağazasının qarət olunmasında şübhəli bilinən Xarkov vilayətində saxlanılmış Azərbaycan vətəndaşlarından ibarət dəstənin arxasınca əməlli başlı kriminal iz uzanır.

    Dəstə üzvlərinin təkcə oğurluqda deyil, həmçinin Xarkovda baş vermiş digər iki ağır cinayətdə də əli olduğu istisna edilmir.

    Belə ki, ötən ilin iyulunda 71 yaşlı fermerin mənzilinə basqın edən silahlı şəxslər həm onu, həm də 68 yaşlı arvadını döyərək pulların yerini deməyə məcbur ediblər. Basqınçılar mənzildən qızıl-zinət əşyaları ilə yanaşı, 45 min dollar “aparıblar”.

    İlkin araşdırmalar zamanı sözügedən cinayətdə də Azərbaycan vətəndaşlarının əli olduğu aşkarlanıb./virtualaz.org/