Hər gün çay içənlərə müjdə: Qan dövranı yaxşılaşır, artıq çəkinin qarşısı alınır

    9

    İndiyədək qara çayın orqanizmə zərərli olması haqda fikirlər söylənilirdi. Son araşdırmalara görə isə, qara çay içənlərdə maddələr mübadiləsi daha sürətli olur, hətta artıq çəkidən belə azad olmağa yardım edir.

    Kliforniya Univrsitetində aparılan araşdırmalar hər saatda içilən çayın inanılmaz faydaları olduğunu ortaya çıxarıb.

    Araşdırmanın müəllifi Zaopinq Li qara çay sevənlərə “çay içmək üçün daha bir səbəbiniz var” deyib: “Qara çayda olan böyük malekullar nazik bağırsaqda tam olaraq sorulmur. Bu səbəbdən də çay piylənmə bakteriyalarının səviyyəsini azaldır.

    Əvvəllər aparılan araşdırmalarda da qara çayın damarları genişləndirdiyi və qan dövranını yaxşılaşdırdığı bildirilirdi.

    Altunay, Hurriyyet.org