Həmsədrlərin Ermənistana səfərinin vaxtı açıqlandı

    9

    ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 13-də Ermənistana səfər edəcəklər.

    Hurriyyet.org xəbər verir ki, bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

    “İrəvanda vasitəçilər və Xarici İşlər Nazirliyinin başçısının birinci görüşü olacaq. Görüşdə həmçinin sonrakı addımlar və hərəkətlər müzakirə ediləcək”, – o qeyd edib.